Sadıq Sadıqov: “Yeni transferlər olmayacaq”

Sadıq Sadıqov: “Yeni transferlər olmayacaq”
XƏBƏR 31 Avqust 2012 / 15:02 4119
-  A +

"Komandamız Avropa Liqasının qrup mərhələsində və eləcə də Premyer Liqada hazırkı heyətlə mübarizə aparacaq, yeni transferlər olmayacaq. Çünki hazırkı heyətin gücü qrupda oynamaq üçün yetərlidir”.

Qol.Az-ın məlumatına görə, bu sözləri jurnalistlərə açıqlamasında artıq vətənə qədəm qoyan  “Neftçi”nin prezidenti Sadıq Sadıqov Heydər Əliyev adına hava limanında deyib.

Klub prezidenti eyni zamanda bildirib ki, daxili arenada heç bir oyunları təxirə salınmayacaq:

“Premyer Liqadakı hədəfimiz yenə çempionluq olacaq. O ki, qaldı Avropa Liqasındakı oyunlarımızla əlaqədar olaraq ölkə çempionatındakı oyunlarımızın təxirə salınmasına, buna ehtiyac yoxdur. Hər iki cəbhədə eyni anda mübarizə aparacağıq”.

Son xəbərlər