Heydər Əliyev hava limanında izdiham (FOTO)

Heydər Əliyev hava limanında izdiham (FOTO)
XƏBƏR 31 Avqust 2012 / 14:25 5631
-  A +

Dünən Avropa Liqasının pley-off mərhələsinin cavab qarşılaşmasında səfərdə APOEL-i 3:1 hesabıyla məğlub edərək, qrup mərhələsinə vəsiqə qazanan “Neftçi” bu gün vətənə qayıdır.

Qol.Az-ın hazırda Heydər Əliyev hava limanında olan əməkdaşının verdiyi məlumatına görə, hazırda adıçəkilən məkanda böyük izdiham var. Komandanı qarşılamaq üçün yüzlərlə azarkeş hava limanında komandanın gəlməsini gözləyirlər.

Qeyd edək ki, “Neftçi”ni Cənubi Kiprdən gətirən təyyarə Bakı vaxtı ilə saat 14:35-də vətəndə olacaq.

Son xəbərlər