“Neftçi”nin qrup mərhələsindəki oyunlarının tarixi məlum oldu

“Neftçi”nin qrup mərhələsindəki oyunlarının tarixi məlum oldu
XƏBƏR 31 Avqust 2012 / 14:11 4703
-  A +

Bu gün Avropa Liqasının qrup mərhələsinin püşkatma mərasimi keçiriləcək və Bakının “Neftçi” klubunun qrupdakı rəqibləri məlum olacaq.

Qol.Az-ın məlumatına görə, qrupdakı rəqiblər saat 16:00-da bilinəcəyi halda oyunların keçiriləcəyi tarixlər artıq məlumdur. Azərbaycan çempionu ilk oyununu sentyabrın 20-də keçirəcək. Növbəti oyunların tarixi isə aşağıdakı kimidir:

4 oktyabr, 25 oktyabr, 8 noyabr, 22 noyabr, 6 dekabr.

Qeyd edək ki, “Neftçi”nin hansı tarixdə evdə, hansı tarixdə isə səfərdə oynayacağı püşkatmadan sonra məlum olacaq.

Son xəbərlər