Stamenkoviç: “Qələbəyə inana bilmirəm”

Stamenkoviç: “Qələbəyə inana bilmirəm”
XƏBƏR 31 Avqust 2012 / 00:51 3805
-  A +

“Biz sübut etdik ki, göstərdiyimiz oyunlarla Avroliqanın qrupuna vəsiqə qazanmağa layiq idik”. Qol.Az-ın Kiprə ezam olunmuş xüsusi müxbiri ilə söhbətində bu sözləri “Neftçi”nin qapıçısı Saşa Stamenkoviç “Apoel” üzərindəki 3:1 hesablı qələbədən sonra deyib.

“Hələ qələbəyə inana bilmirəm. Hər şey isti-istidir. Sabah, birisigün soyuq başla fikirləşəcəyik. İndi heç nə düşünə bilmirik. Qrupda məqsədimiz maksimum xal toplamaqdır. İnanırıq ki, vəzifəmizi ən layiqli çəkildə yerinə yetirəcəyik” – deyə o vurğulayıb.


Qarabağ FK
Son xəbərlər
24.09.26  01:49

"Tottenhem"də itki

topaz banner