Dünya Çempionatının seçim mərhələsinin oyunları ilə əlaqədar Premyer Liqada yaranan fasilədən istifadə edən "Simurq" klubu Gürcüstana təlim-məşq toplanışına yollanıb.
Qol.az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, Tiflis şəhərində məskunlaşan komanda ötən gün axşam saatlarında ilk məşqinə çıxıb.
İki saata yaxın davam edən hazırlıq prosesində Georgi Çixradzenin yetirmələri isinmə hərəkətlərindən sonra qısa ötürmələr üzərində çalışıb. Daha sonra üç qrupa bölünən futbolçular, iki tərəfli oyunla bu günlük hazırlıqları tamamlayıb.
Gürcü mütəxəssis Gürcüstanda təşkil olunmuş təlim-məşq toplanışına əvəzedici heyətdən Arzuman Nəsibov, Həsən Qəhramanov, Ruslan Qetmanı da cəlb edib.
Qeyd edək ki, "Simurq" sentyabrın 9-na qədər qonşu ölkədə qalacaq. Sabahdan "sarı-qaralar" gündə iki dəfə olmaqla təlim-məşq toplanışını davam etdirəcək.
İlin ən yaxşısı seçildi
Göygöldəki 7 qol - Video
Kapitan 100-ü yarıladı
FİFA qadağanı ləğv etdi
Neymar əməliyyat olundu
"Sabah"ı liderliyə yüksəldən əzmkar qələbəsi - Video
PSJ baş məşqçisi ilə ömürlük müqavilə imzalayır?
"Qış çempionluğu medal qazandırmır" - Valdas Dambrauskas
Benzema Pikassonun milyon avroluq tablosunu aldı
Misli Premyer Liqasında 1 aylıq fasilə başladı
"Sabah"dan böyükhesablı qələbə, qış çempionu oldular
Neymar karyerasının həlledici qərarını verəcək
Bundesliqada il ərzində liderlikdən düşmədilər
A Seriyasında Avstraliya planı təxirə salındı
"Mançester Yunayted" geri addım atdı
Enrike, Mareska, Flik...
"Fənərbaxça"ya transferi gərçəkləşmək üzrədir
"Sumqayıt" - "Sabah": Heyətlər
Qallaher, yoxsa Neves?
“Qəbələ”nin qış hazırlıq planı bəlli oldu