Hüseyn Məhəmədov: “Stamenkoviç haqda danışmaq istəmirəm”

Hüseyn Məhəmədov: “Stamenkoviç haqda danışmaq istəmirəm”
XƏBƏR 29 Avqust 2012 / 19:05 3289
-  A +

“Neftçi”nin sabiq qapıçısı, hazırda bu klubun aşağı yaş qrupunda məşqçi kimi çalışan Hüseyn Məhəmmədov Qol.Az-a açıqlamasında “Neftçi”nin APOEL önündəki şanslarını dəyərləndirib.

Onun fikrincə, paytaxt klubu rəqibi keçə bilər: “Neftçi” Bakıdakı ilk oyunu çox yüksək səviyyədə keçirdi. Bunu hər kəs gördü. Əgər səfərdə də Bakıda kimi oynasa mərhələni keçəcək. Mən komandamızın bunu bacaracağına inanıram. “Neftçi” rəhbərliyi futbolçular üçün bütün şəraiti yaradıb. Qalır nəticə vermək”.

Hüseyn “Neftçi”nin qapıçısı Saşa Stamenkoviçin ilk oyunda buraxılan qol zamanı səhvə yol verib-verməməsi ilə bağlı suala isə cavab vermək istəmədi: “Bu haqda danışmaq istəmirəm. Stamenkoviç mənim həmkarımdı və bu, düzgün çıxmaz”.

Son xəbərlər