Azərbaycan Premyer Liqasının ən yaxşı futbolçuları müəyyənləşdirilir
2011-2012-ci il mövsümündə Unibank Premyer Liqasında ən yaxşı oyunçular və baş məşqçinin seçimi məqsədilə sorğunun aparılması İdman Araşdırmalar Mərkəzinə (İAM) həvalə olunub.
Mərkəzdən Qol.Az-a verilən məlumata görə, bu barədə Peşəkar Futbol Liqası (PFL) ilə İAM arasında razılıq əldə olunub.
Sorğu ötən mövsüm PFL-lə sıx əməkdaşlıq etmiş və çempionatın işıqlandırılmasında yaxından iştirak etmiş 40-dək mətbu orqan (hər mətbu orqandan 1 təmsilçi olmaqla) arasında 7 nominasiya üzrə aparılacaq.
Nominasiyalar aşağıdakılardır:
1. Unibank Premyer Liqası 2011/2012-ci il mövsümünün ən yaxşı qapıçısı;
2. Unibank Premyer Liqası 2011/2012-ci il mövsümünün ən yaxşı müdafiəçisi;
3. Unibank Premyer Liqası 2011/2012-ci il mövsümünün ən yaxşı yarımmüdafiəçisi;
4. Unibank Premyer Liqası 2011/2012-ci il mövsümünün ən yaxşı hücumçusu;
5. Unibank Premyer Liqası 2011/2012-ci il mövsümünün ən yaxşı baş məşqçisi;
6. Unibank Premyer Liqası 2011/2012-ci il mövsümünün ən yaxşı futbolçusu
7. Unibank Premyer Liqası 2011/2012-ci il mövsümünün tapıntısı (gənc futbolçusu).
Hər bir mətbu orqan bu nominasiyaların hərəsi üzrə 3 futbolçunun namizədliyini irəli sürəcək. 1-ci yerə 5 xal, 2-ci yerə 3 xal, 3-cü yerə 1 xal nəzərdə tutulub. Oyunçulara verilən xallar hesablanacaq və hər bir nominasiya üzrə qaliblər müəyyənləşəcək.