“İnter”in makedoniyalı yarımmüdafiəçisi Slavço Georgiyevski klubun rəsmi saytına müsahibə verib.
- “Turan”la matçda “İnter”ə yalnız qələbə lazım idi. Görüş kifayət qədər mürəkkəb alındı. Bununla belə, komandaya 3 xalı qazanmaq müyəssər oldu.
- Bizdə müəyyən gərginlik var idi. Axı ilk matçlarda komandaya qələbə qazanmaq müyəssər olmamışdı. Bəli, biz inamla oynadıq, qol vəziyyətləri yaratdıq, ancaq onlardan istifadə edə bilmirdik. Bizə qalib gəlmək və nümayiş etdirmək lazım idi. Çünki bizim turnir cədvəlində yerimiz yaxşı vəziyyətdə deyildi. Məhz buna görə “Turan”la matçda müəyyən çətinliklərlə qarşılaşdıq, lakin ən əsası odur ki, başlıca tapşırığı yerinə yetirərək 3 xalı ələ edə bildik.
- Bu qarşılaşmada çempionat çərçivəsində “İnter”in heyətində ilk qoluna imza atdın və bu qol komandaya qələbə qazandırdı.
- Bəli, çox xoşdur ki, komandama kömək etmək mümkün oldu. Bir də ona görə xoşdur ki, mənim qolum qələbə qazandırdı və komandaya ilk 3 xalı gətirdi. Ümid edirəm ki, bu qol mənim üçün sonuncu olmayacaq. Yenə də qol vurmaq istəyirəm, “İnter”in daha da irəliləməsini və çempionluq uğrunda mübarizə aparmasını istəyirəm.
- Artıq 2 aydan çoxdur ki, “İnter”in heyətindəsən. Bu müddət ərzində yeni iş yerinə tam uyğunlaşmağa macal tapmısan. Komandada hökm sürən atmosfer barədə nə deyə bilərsən və o sizdə hansı təəssüratı oyatdı?
- Deyə bilərəm ki, komanda daxilindəki atmosferdən çox razıyam. “İnter” və “Neftçi”ni müqayisə etmək istəmirəm, ancaq demək istəyirəm ki, burada hər şey yüksək səviyyədədir. “İnter”də iş peşəkar səviyyədə təşkil edilib, ayrıca baş məşqçi Kaxaber Sxadadzeni qeyd etmək istərdim.
- Artıq 3 mövsümdür Azərbaycan çempionatında çıxış edirsən. Yerli klubların tərəqqi prosesini hiss edirsiniz? Səncə çempionat güclənirmi?
- Düşünürəm ki, bu il çempionatda mübarizə daha da artacaq. Klublar tərəqqi edir və mənim nəzərimcə, çempionatda çempionluq uğrunda rəqabət bu mövsüm daha yüksək olacaq. Ötən mövsüm çempionluq uğrunda yalnız 3-4 klub mübarizə aparırdı, indisə yüksək yerlərə daha çox komanda iddia edə bilər. Mövsümlərarası dövrdə Azərbaycan klubları gücləndi və bizi çox maraqlı mübarizə gözləyir. Ümid edirəm ki, “İnter” potensialını tam biruzə verəcək və çempionluq titulunu əldə edəcək. Bunu bizdən baş məşqçi tələb edir və bunu oyunçular da istəyirlər.
- Hazırda komandanı “İnter”in oyunlarına müsbət təsir göstərəcək Gürcüstanda təlim-məşq toplanışı gözləyir.
- Əlbəttə ki, bu toplanış bizə kömək edəcək. “Turan”la oyundan sonra bizim istirahət etmək üçün kifayət qədər vaxtımız oldu. İndisə çalışmaq vaxtıdır. Əminəm ki, Gürcüstan toplanışı çempionatın sonrakı oyunlarında bizə kömək edəcək.
- Uzun zaman Avropada çıxış etmisən və Makedoniya millisində oynamısan. Bilmək istərdik, dostların və komanda üzrə keçmiş yoldaşların Azərbaycan və yeni komandan “İnter”lə maraqlanırlar? Bu suallara necə cavab verirsən?
- Mən artıq qeyd etdim ki, “İnter”də bütün məsələlər yüksək səviyyədədir. Məndən soruşanlara da bunu deyirəm. Burada iş üçün hər bir şəraiti yaradırlar - bunu mən ilk günlərdən müşahidə etdim. Etiraf edim ki, bu vəziyyət məni müsbət mənada təəccübləndirdi. “İnter”ə keçidim ərəfəsində mənə bu barədə məlumat vermişdilər, ancaq eşitmək və görmək - ayrı-ayrı məsələlərdir. Buradakı şəraitdən razıyam. “İnter” avropasayağı fəaliyyət göstərir.
Argentina millisinin kapitanı seçildi
"Zirə"nin futbolçusu əməliyyat olundu
Malta Millətlər Liqasına qələbə ilə başladı
Azərbaycan boksçusu Avropa çempionu oldu
Qapıçıya sərt cəza - 20 illik futboldan uzaqlaşdırıldı
İrlandiya - İsrail matçı öncəsi gərginlik
Benzemanın “Nike”la əməkdaşlığı başlamadan bitdi
“Benfika” onları şikayət etdi
Özbəkistan millisi İrana qalib gəldi
Kişi klubunu çalışdıran ilk qadın məşqçi ilə yollar ayrıldı
Ürək problemi yaşayan futbolçu fərdi məşqlərə başladı
Azərbaycan Qran-Prisində sərbəst yürüşlər keçirildi
2-ci liqada 6 oyunun hakimləri bilindi
Xavi “Qızıl top” üçün əsas namizədini açıqladı
Vüsal İsgəndərli: “Bu yükün altından çıxmalıyıq”
Alabanın yeni klubu rəsmiləşdi
Bugünkü oyunları yayımlayacaq kanallar
"Araz-Naxçıvan" iki yoxlama oyunu keçirəcək
Polşalı futbolçu faciəvi şəkildə dünyasını dəyişdi
Azərbaycan millisi Avropa çempionatında rekord vurdu
İsgəndər Cavadov Elxan Səmədovla görüşdü
Azərbaycan millisinin heyəti açıqlandı
Mahir və Abdullanın durumu bəlli oldu
“Mənfi rəylər məni daha da motivasiya edir” - Toral Bayramov
Millətlər Liqası başlayır
"Qəbələ" Yaponiya millisi ilə qarşılaşacaq
"Sabah"ın ÇL oyunları üçün 100 mindən çox bilet satılıb
Azərbaycan AVRO-2028-in pley-offuna çıxa bilər - Şərtlər
Musa Qurbanlı: "Bu oyundan dərs çıxarmalıyıq"
“Polşada xoşbəxtəm, məni yaxşı qəbul edirlər” - Mahir Emreli
"Tottenhem"də itki
Azərbaycan millisi Tacikistanı belə məğlub etdi - Video
Azərbaycan Avropa çempionatında ilk medalını qazandı
“Litvaya qarşı oyun planımız dəyişəcək” - Ayxan Abbasov
A Seriyasının ən bahalı futbolçusu oldu
Mahir Emreli üçün xoşagəlməz an - Video
Azərbaycan millisi Tacikistana qalib gəldi
Cüdoçularımız dünya çempionatını 11 medalla başa vurdu
Azarkeşlər Rodrini rahat buraxmadı - Video
“Yuventus”a qayıda bilər
Ronaldo iki böyük hədəfini açıqladı
Eriksen klubundan ayrıldı
“Mançester Yunayted”dən rekord gəlir
Azərbaycan millisi Tacikistanla matça bu heyətlə çıxır
“Futbol satılmır” - UEFA prezidenti