Krasiç: "Spartak" səddini keçəcəyimizə inanıram"

Krasiç: "Spartak" səddini keçəcəyimizə inanıram"
XƏBƏR 29 Avqust 2012 / 02:35 1716
-  A +

"Fənərbaxça" klubunun hücumçusu Miloş Krasiç Çempionlar Liqasının play-off mərhələsinin "Spartak" (Moskva) komandası ilə cavab qarşılaşması öncəsi fikirlərini bölüşüb.

Qol.Az-ın "Goal.com"a istinadən verdiyi məlumata görə, serbiyalı futbolçu "Spartak" səddini keçəcəklərini bildirib:

"Cavab matçı çox çətin keçəcək. Ancaq bu oyuna yaxşı hazırlaşmışıq. Komandada əla atmosfer var. "Spartak" səddini keçəcəyimizə inanıram. Bunun üçün meydanda hər kəs əlindən gələni edəcək".

Qeyd edək ki, "Fənərbaxça" - "Spartak" matçı bu axşam, Bakı vaxtı ilə saat 23:45-də başlayacaq.

 


Son xəbərlər