Millimiz Zambiya yığması ilə qarşılaşacaq

Millimiz Zambiya yığması ilə qarşılaşacaq
XƏBƏR 28 Avqust 2012 / 16:33 1844
-  A +

FIFA U-17 qadınlararası dünya çempionatı Azərbaycan 2012-yə hazırlığını davam etdirən 17 yaşadək qızlardan ibarət Azərbaycan yığması yoldaşlıq oyunu keçirəcək. 

Qol.Az-ın AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, komandamızın rəqibi Zambiya yığması olacaq.

Qarşılaşma sentyabrın 3-də, saat 20:00-da, Bayıl stadionunda keçiriləcək. Zambiya yığmasının rəqib seçilməsinin səbəbi dünya çempionatında yığmamızın rəqiblərindən birinin Afrika təmsilçisi - Nigeriya komandası olmasıdır.

"DÇ-2012"də A qrupunda mübarizə aparacaq yığmamızın digər rəqibləri Kolumbiya və Kanada komandalarıdır.

Son xəbərlər
16.09.25  16:55

"Roma" Dibalanı itirdi