“Simurq” Gürcüstanda 3 yoxlama görüşü keçirəcək

XƏBƏR 28 Avqust 2012 / 15:17 1193
-  A +

Dünya Çempionatının seçmə mərhələsinin oyunları ilə əlaqədar Premyer Liqada yaranan fasilədən istifadə edən "Simurq" gün təlim-məşq toplanışı keçmək üçün Gürcüstana yollanır.

Klubun mətbuat xidmətindən Qol.Az-a verilən məlumata görə, öncə Zaqatalada bir araya gələcək komanda oradan Tbilisiyə şəhərinə yola düşəcək.

"Sarı-qaralar" sentyabrın 9-na qədər qonşu ölkədə toplanışı keçirəcək. "Kopala" otelindən məskunlaşacaq Georgi Çixradzenin yetirmələri buradakı təlim-məşq toplanışı çərçivəsində 3 yoxlama görüşündə qüvvəsini sınayacaq. Rəqiblərdən ikisi artıq məlumdu. Bunlar Gürcüstanın birinci liqa klubu olan “Qaqra” ilə “Tbilisi “Dinamo”sudur.

Son xəbərlər
16.09.25  16:55

"Roma" Dibalanı itirdi