Azərbaycan Premyer Liqasının IV turunda “Qəbələ” “Sumqayıt”la qarşılaşıb.
Qol.Az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, öz meydanındakı uğurlu seriyasını davam etdirən komanda 4:1 hesablı qələbə qazanıb.
Növbəti böyükhesablı qələbə dubl, ilk, həmçinin yubileylərlə əlamətdar olub.
- “Qəbələ” ardıcıl 4-cü dəfə ev oyununda qalib gəldi. Sonuncu dəfə aprelin 7-də “Xəzər Lənkəran”a uduzan komanda 119 gündür qonaqlara xal vermir.
- Bundan əvvəlki 3 ev oyununda qapısından qol buraxmayan “Qəbələ” sonuncu dəfə 119 gün əvvəl “Xəzər Lənkəran”la matçda qapısında qol görmüşdü. Həmin matçda Branimir Subaşiçin 3-cü dəqiqədə fərqlənməsindən sonra 375 dəqiqə idi meydan sahibləri qol buraxmırdı. “Sumqayıt”lı Ruslan Qurbanov bu seriyanı dayandıra bildi.
- “Sumqayıt” ilk komanda oldu ki, Premyer Liqada ən azı 3 oyunda “Qəbələ”yə məğlub olub. Komandanın Premyer Liqada daha 2 rəqibi var ki, onlarla oyunlarda “Qəbələ” xal itirməyib. Bunlar ABN Bərdə və “Bakılı”dır ki, onların hərəsi 2 dəfə məğlub edilib.
- Sonuncu dəfə ötən mövsümün 30-cu turunun “Bakı” ilə oyununda (4:0) böyük hesabla qalib gələn “Qəbələ” 119 gündən sonra darmadağına imza atıb.
- Cari mövsümdə ilk belə qələbəsini qazanan komanda ümumilikdə tarixində 29-cu dəfə böyük hesabla qalib gəlib. Bu, 2012-ci ildə 4-cü böyük hesablı qələbədir ki, hər dəfə “Qəbələ” 4 qolla buna nail olub.
- 29 qələbənin 11-i birinci dəstə, 4-ü ölkə kubokuna təsadüf edibsə Premyer Liqada 14-cü dəfə 3 və ya daha çox top fərqi ilə qələbə əldə olunub.
- “Qəbələ” 18-cı dəfə öz meydanında böyük hesabla qalib gəlib. Bunların 7-si birinci dəstə, 2-si kuboka təsadüf etmişdisə 9-cu dəfə Premyer Liqa qonaqlar darmadağın edildi. Digər 11 darmadağın isə səfərdə gerçəkləşib.
- Premyer Liqadakı 14 böyükhesablı qələbənin 7-si Ramiz Məmmədov, 3-ü Toni Adams, 4-ü Fatih Kavlakın baş məşqçiliyi dövrünə təsadüf edib.
- 3-cü dəfə “Sumqayıt”la qarşılaşan komanda tarixində ilk dəfə bu rəqibə 3 top fərqilə qalib gəlib. "Qəbələ"nin böyük hesabla məğlub etdiyi rəqiblər sırasında 20-ci “qurban” olan “Gənclik şəhəri” təmsilçisinə qədər MOİK ilə “Muğan”ın hərəsini 3, “Şərur”, “Gənclərbirliyi-2”, “Energetik”, “Şahdağ” (Quba) və “Simurq”un hərəsini 2 dəfə məğlub edən Qəbələ futbolçuları digər 13 rəqibi 1 dəfə ağır məğlubiyyətə məruz qoyublar.
- “Sumqayıt” ilə oyunda “Qəbələ”nin futbolçusu Umar Kalabane dubla imza atıb. Bu matçadək klub tarixində 21 dubl var idisə, qvineyalı 22-ci dəfə 1 matçda 2 qolun vurulmasında pay sahibi olub.
- İlk dəfə buna nail olan afrikalı klub tarixində dubl etmiş sayca 16-cı futbolçu olub.
- 2008/09 mövsümündə dubl edən Kənan Kərimovdan sonra artıq 9-cu dəfə “Qəbələ”nin dubluna legioner imza atıb.
- Ümumilikdə Kənan hamıdan çox – 4, Rövşən Əhmədov, Vüsal Qarayev, Yannik Kamanan hərəyə 2 dubl müəllifi olublar.
- Bu 22 dubldan 4-ü birinci dəstə, 4-ü ölkə kubokuna təsadüf edibsə, Premyer Liqada 14 belə hal yaşanıb.
- “Qəbələ”nin bütün dublları
2005/06, I dəstə: Rövşən Əhmədov – 2, İbrahim Hüseynov, Qədir İlyasov – hərəyə - 1
2006/07, güclülər dəstəsi: Vüsal Qarayev - 1
2006/07, kubok: Vüsal Qarayev – 1
2007/08, güclülər dəstəsi: Bokunqu Ncioli Fiston, Vitali Balamestnı – hərəyə 1
2008/09, Premyer Liqa: Kənan Kərimov - 2
2008/09, kubok: Kənan Kərimov - 2
2009/10, Premyer Liqa: İqor Melnik, Kristian Torres, Tomaş Stolpa - hərəyə 1
2010/11, Premyer Liqa: Deon Barton – 1
2011/12, Premyer Liqa: Yannik Kamanan – 2, Luiz Hilario - 1
2011/12, kubok: Serge Cehua – 1
2012/13, Premyer Liqa: Umar Kalabane - 1
- Rəşad Abdullayev “Qəbələ”də ilk qolunu vurdu. O, klubun tarixində qol vuran 72-ci futbolçu olub.
- Yarımmüdafiəçi həm də Premyer Liqada qol vuran 53-cü “Qəbələ”li olub.
- Cari mövsümdə ilk dəfə fərqlənən Bruno da Silva 631 gündən sonra rəqib qapısına yol tapıb. O, sonuncu – bu matçadək yeganə olan qolunu 2010-cu il dekabrın 4-də MOİK-lə səfər matçında fərqlənmişdi.
- Yannik Kamanan “Qəbələ”də 20-ci oyununu keçirib.
- Bruno da Silvanın vurduğu qol “Qəbələ”nin ev oyunlarında 175-ci qolu olub.
- Fatih Kavlakın rəhbərliyi altında 10-cu ev qələbəsini qazanan komandanın üzvü Umar Kalabanenin ilk qolu türkiyəlinin rəhbərliyi vaxtında ümumilikdə 25-ci, Premyer liqada 20-ci ev qolu olub.
- Həmin qol Kavlaklı “Qəbələ”nin ümumilikdə 40-cı, çempionatda 35-ci qolu kimi də tarixə düşüb.
Argentina millisinin kapitanı seçildi
"Zirə"nin futbolçusu əməliyyat olundu
Malta Millətlər Liqasına qələbə ilə başladı
Azərbaycan boksçusu Avropa çempionu oldu
Qapıçıya sərt cəza - 20 illik futboldan uzaqlaşdırıldı
İrlandiya - İsrail matçı öncəsi gərginlik
Benzemanın “Nike”la əməkdaşlığı başlamadan bitdi
“Benfika” onları şikayət etdi
Özbəkistan millisi İrana qalib gəldi
Kişi klubunu çalışdıran ilk qadın məşqçi ilə yollar ayrıldı
Ürək problemi yaşayan futbolçu fərdi məşqlərə başladı
Azərbaycan Qran-Prisində sərbəst yürüşlər keçirildi
2-ci liqada 6 oyunun hakimləri bilindi
Xavi “Qızıl top” üçün əsas namizədini açıqladı
Vüsal İsgəndərli: “Bu yükün altından çıxmalıyıq”
Alabanın yeni klubu rəsmiləşdi
Bugünkü oyunları yayımlayacaq kanallar
"Araz-Naxçıvan" iki yoxlama oyunu keçirəcək
Polşalı futbolçu faciəvi şəkildə dünyasını dəyişdi
Azərbaycan millisi Avropa çempionatında rekord vurdu
İsgəndər Cavadov Elxan Səmədovla görüşdü
Azərbaycan millisinin heyəti açıqlandı
Mahir və Abdullanın durumu bəlli oldu
“Mənfi rəylər məni daha da motivasiya edir” - Toral Bayramov
"Qəbələ" Yaponiya millisi ilə qarşılaşacaq
"Sabah"ın ÇL oyunları üçün 100 mindən çox bilet satılıb
Azərbaycan AVRO-2028-in pley-offuna çıxa bilər - Şərtlər
Musa Qurbanlı: "Bu oyundan dərs çıxarmalıyıq"
“Polşada xoşbəxtəm, məni yaxşı qəbul edirlər” - Mahir Emreli
"Tottenhem"də itki
Azərbaycan millisi Tacikistanı belə məğlub etdi - Video
Azərbaycan Avropa çempionatında ilk medalını qazandı
“Litvaya qarşı oyun planımız dəyişəcək” - Ayxan Abbasov
A Seriyasının ən bahalı futbolçusu oldu
Mahir Emreli üçün xoşagəlməz an - Video
Azərbaycan millisi Tacikistana qalib gəldi
Cüdoçularımız dünya çempionatını 11 medalla başa vurdu
Azarkeşlər Rodrini rahat buraxmadı - Video
“Yuventus”a qayıda bilər
Ronaldo iki böyük hədəfini açıqladı
Eriksen klubundan ayrıldı
“Mançester Yunayted”dən rekord gəlir
Azərbaycan millisi Tacikistanla matça bu heyətlə çıxır
“Futbol satılmır” - UEFA prezidenti