Azərbaycan Premyer Liqasında IV turun "Sumqayıt"la keçirilən oyun “Qəbələ”nin yeni transferi Lorival Assis üçün əlamətdar olub.
Qol.Az-ın məlumatına görə, braziliyalı futbolçu bu görüşdə assistentlik bacarığını nümayiş etdirib.
Matçın 33-cü dəqiqəsində Lorival Assisin ötürməsindən sonra Bruno da Silva hesabı bərabərləşdirir. 20 dəqiqə sonra Assisin küncdən zərbəsini Omar Kalabane başla tamamlayır və “Qəbələ” “Sumqayıt” qarşısında önə keçir.
2 dəqiqə sonra isə (55-ci dəqiqə) sol cinahdan cərimə meydançasına daxil olan Assisin qapı ağzına dəqiq ötürməsini Rəşad Abdullayev eyni dəqiqliklə tamamlayır - 3:1. Matçın 71-ci dəqiqəsində yenə Assisin künc zərbəsi və yenə Kalabane başla fərqlənir – 4:1.
“Qəbələ” “Sumqayıt”la matçda hesabda geri düşsə də, komandanın əzmkar oyunu sonda rəqibin darmadağınını qaçılmaz edib. Qonaqların qapısından 4 qol keçirən Fatih Kavlakın yetirmələri doğma meydançada ardıcıl 4-cü qələbələrini qazanıblar. Təbii ki bu uğurlu nəticənin əldə olunmasında qola imza atanlar qədər qol ötürməsi verənlərin də rolu böyükdür. “Sumqayıt”la matçda isə son həlledici zərbəni vuranlar fərqli olsalar da, assistent rolunu oynayan bir futbolçu var idi – Lorival Assis.
“Qəbələ”yə mövsümün əvvəlində qoşulan braziliyalı qısa müddətdə komandaya uyğunlaşması ilə diqqət çəkir. Meydançaya çıxdığı 4 oyunda 1 qol (“Qəbələ” – “İnter” 1:0) vuran və 4 məhsuldar ötürmə ilə yadda qalan Assis klubun rəsmi saytına açıqlamasında komandanın uğurunda pay sahibi olduğu üçün özünü xoşbəxt hiss etdiyini deyib:
"Gərgin oyun alındı. Matça istədiyimiz kimi başlaya bilməsək də, sonradan üstünlüyü ələ keçirməyi bacardıq. Təzyiqimiz öz bəhrəsini verdi və böyükhesablı qələbə qazandıq. Qələbədə pay sahibi olduğum üçün özümü xoşbəxt hiss edirəm. Gələcək oyunlarda daha yaxşı olacaq. Mən daha əvvəl də demişdim – “Qəbələ”yə tarix yazmaq üçün gəlmişəm. Bunun öhdəsindən gələcəyimə inanıram".
Argentina millisinin kapitanı seçildi
"Zirə"nin futbolçusu əməliyyat olundu
Malta Millətlər Liqasına qələbə ilə başladı
Azərbaycan boksçusu Avropa çempionu oldu
Qapıçıya sərt cəza - 20 illik futboldan uzaqlaşdırıldı
İrlandiya - İsrail matçı öncəsi gərginlik
Benzemanın “Nike”la əməkdaşlığı başlamadan bitdi
“Benfika” onları şikayət etdi
Özbəkistan millisi İrana qalib gəldi
Kişi klubunu çalışdıran ilk qadın məşqçi ilə yollar ayrıldı
Ürək problemi yaşayan futbolçu fərdi məşqlərə başladı
Azərbaycan Qran-Prisində sərbəst yürüşlər keçirildi
2-ci liqada 6 oyunun hakimləri bilindi
Xavi “Qızıl top” üçün əsas namizədini açıqladı
Vüsal İsgəndərli: “Bu yükün altından çıxmalıyıq”
Alabanın yeni klubu rəsmiləşdi
Bugünkü oyunları yayımlayacaq kanallar
"Araz-Naxçıvan" iki yoxlama oyunu keçirəcək
Polşalı futbolçu faciəvi şəkildə dünyasını dəyişdi
Azərbaycan millisi Avropa çempionatında rekord vurdu
İsgəndər Cavadov Elxan Səmədovla görüşdü
Azərbaycan millisinin heyəti açıqlandı
Mahir və Abdullanın durumu bəlli oldu
“Mənfi rəylər məni daha da motivasiya edir” - Toral Bayramov
"Qəbələ" Yaponiya millisi ilə qarşılaşacaq
"Sabah"ın ÇL oyunları üçün 100 mindən çox bilet satılıb
Azərbaycan AVRO-2028-in pley-offuna çıxa bilər - Şərtlər
Musa Qurbanlı: "Bu oyundan dərs çıxarmalıyıq"
“Polşada xoşbəxtəm, məni yaxşı qəbul edirlər” - Mahir Emreli
"Tottenhem"də itki
Azərbaycan millisi Tacikistanı belə məğlub etdi - Video
Azərbaycan Avropa çempionatında ilk medalını qazandı
“Litvaya qarşı oyun planımız dəyişəcək” - Ayxan Abbasov
A Seriyasının ən bahalı futbolçusu oldu
Mahir Emreli üçün xoşagəlməz an - Video
Azərbaycan millisi Tacikistana qalib gəldi
Cüdoçularımız dünya çempionatını 11 medalla başa vurdu
Azarkeşlər Rodrini rahat buraxmadı - Video
“Yuventus”a qayıda bilər
Ronaldo iki böyük hədəfini açıqladı
Eriksen klubundan ayrıldı
“Mançester Yunayted”dən rekord gəlir
Azərbaycan millisi Tacikistanla matça bu heyətlə çıxır
“Futbol satılmır” - UEFA prezidenti