APOEL - "Neftçi" matçının bütün hakimləri bəlli oldu

APOEL - "Neftçi" matçının bütün hakimləri bəlli oldu
XƏBƏR 27 Avqust 2012 / 17:26 1991
-  A +

UEFA Avropa Liqasının play-off mərhələsinin cavab oyunu çərçivəsində avqustun 30-da Kiprin Nikosiya şəhərindəki keçiriləcək APOEL - "Neftçi" qarşılaşmasını idarə edəcək hakimlər müəyyənləşib.
 
Qol.Az-ın məlumatına görə, "GSP Stadium"da baş tutacaq görüşü Fransadan olan hakimlər briqadası idarə edəcək.

Qeyd edək ki, APOEL - "Neftçi" oyunu avqustun 30-da, Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.


Baş hakim: Said Ennjimi
Baş hakimin köməkçiləri: Emmanuel Boisdenghien, Hüseyin Ocak
Dördüncü hakim: Lionel Jaffredo
(Hakimlər briqadası Fransadandır)
Hakim-inspektor: Sokol Jareci (Albaniya)
UEFA nümayəndəsi: Zoran Cvrk (Xorvatiya)

Son xəbərlər