“Sumqayıt” iki futbolçu ilə müqavilə bağladı

“Sumqayıt” iki futbolçu ilə müqavilə bağladı
XƏBƏR 27 Avqust 2012 / 14:51 2107
-  A +

Azərbaycan Premyer Liqasının son iki turunda biabırçı çıxış edərək “Qarabağ” və “Qəbələ”dən üst-üstən 10 top buraxan “Sumqayıt” transfer pəncərəsinin bağlanmasına 3 gün qalmış daha iki futbolçunu heyətinə qatıb.

Qol.Az-ın əldə etdiyi məlumata görə, Sumqayıt təmsilçisi Elçin Xəlilov və Xəyal Mustafayevlə 1 illik müqavilə imzalayıb.

Sumqayıt futbol məktəbinin yetirməsi olan Elçin futbolçu kimi Rasim Karanın dövründə “Qarabağ”da püxtələşib, sonralar “Gənclərbirliyi” və “Simurq”un şərəfini qoruyub. Gəncə futbol məktəbinin yetirməsi olan Xəyal  isə “Kəpəz”, “İnter” kimi klubların şərəfini qoruyub.

Qeyd edək ki, “Qəbələ” ilə oyundan sonra “Sumqayıt”futbolçularını 4 günlük istirahətə göndərib. Komanda ayın 31-də Sumqayıtda bir araya gələcək.

Son xəbərlər