“Bakı” klubunun yarımmüdafiəçisi Elvin Məmmədov Qol.Az saytına müsahibə verib.
- Premyer Liqanın IV tutunda evdə “Kəpəz”i məğlub etməklə çempionatda ilk qələbənizi qazandınız? Başlayaq, elə bu oyundan...
- Əvvəlki iki turda qələbə qazana bilməmişdik. Ona görə də “Kəpəz”lə qarşılaşmada mütləq qalib gəlməliydik. Oyun baxımından “Bakı” əla çıxış etdi. Ən əsası üç xal idi ki, bunu da qazandıq.
- Rəqibiniz “Kəpəz” bu mövsüm çox zəif təsir bağışlayır. Bu qələbənizi rəqibinizin zəif çıxışıyla əlaqələndirmək olar, yoxsa “Bakı” həqiqətən get-gedə öz oyununu tapır?
- Komandamız çox gözəl təsir bağışladı. Bütün komponentlərdə gəncəliləri üstələdik. Xeyli real qol imkanımız oldu. Təəssüf ki, bunlardan yararlana bilmədik. Ola bilər, hardasa komandada çatışmazlıqlar var. Lakin yeni baş məşqçinin bu problemləri aradan qaldırması üçün zamana ehtiyacı var.
- Əsgərlikdən qayıtdıqdan sonra ilk oyununa çıxmışdın. Ayağın düşərli oldu və komandan qələbə qazandı...
- Əsgərlikdən gələndən sonra tez bir zamanda forma yığmaq çox çətindir. Sağ olsun, baş məşqçimiz ki, mənə güvəndi. Ayağımın düşərli olub-olmadığını deyə bilmərəm. Ancaq komanda həqiqətən yaxşı təsir bağışladı. İstər taktiki, istərsə də oyun baxımından. Əgər qələbədə mənim də payım varsa, buna çox sevinərəm.
- Bəs öz çıxışından razı qaldınmı?
- Hələ ki, hər şey ürəyimcə deyil, istədiyimi edə bilmirəm. Çünki ələ düşən şanslardan yararlana bilmirəm. Məsələn, qapıçı ilə təkbətək imkanı qaçırdım. Yəqin ki, bu problemi yaxın zamanda aradan qaldıracağam.
- Necə düşünürsən, komandan Bojidar Bandoviçlə bu mövsüm uğur qazana biləcəkmi?
- İlk öncə baş məşqçinin yeni olduğunu nəzərə almaq lazımdır. Bir-iki Bandoviçdən uğur gözləmək düzgün deyil. Bəlkə də baş məşqçinin düşündüyü futbolu oynasaq, daim birinci pillədə olardıq. Məncə, zaman “Bakı”nın uğurlu çıxış etməsi üçün çox vacibdir. Şəxsən mən baş məşqçimizin məşqlərini çox bəyənirəm. Sırf taktiki futbola üstünlük verir.
Əli HƏYATİ
Argentina millisinin kapitanı seçildi
"Zirə"nin futbolçusu əməliyyat olundu
Malta Millətlər Liqasına qələbə ilə başladı
Azərbaycan boksçusu Avropa çempionu oldu
Qapıçıya sərt cəza - 20 illik futboldan uzaqlaşdırıldı
İrlandiya - İsrail matçı öncəsi gərginlik
Benzemanın “Nike”la əməkdaşlığı başlamadan bitdi
“Benfika” onları şikayət etdi
Özbəkistan millisi İrana qalib gəldi
Kişi klubunu çalışdıran ilk qadın məşqçi ilə yollar ayrıldı
Ürək problemi yaşayan futbolçu fərdi məşqlərə başladı
Azərbaycan Qran-Prisində sərbəst yürüşlər keçirildi
2-ci liqada 6 oyunun hakimləri bilindi
Xavi “Qızıl top” üçün əsas namizədini açıqladı
Vüsal İsgəndərli: “Bu yükün altından çıxmalıyıq”
Alabanın yeni klubu rəsmiləşdi
Bugünkü oyunları yayımlayacaq kanallar
"Araz-Naxçıvan" iki yoxlama oyunu keçirəcək
Polşalı futbolçu faciəvi şəkildə dünyasını dəyişdi
Azərbaycan millisi Avropa çempionatında rekord vurdu
İsgəndər Cavadov Elxan Səmədovla görüşdü
Azərbaycan millisinin heyəti açıqlandı
Mahir və Abdullanın durumu bəlli oldu
“Mənfi rəylər məni daha da motivasiya edir” - Toral Bayramov
"Qəbələ" Yaponiya millisi ilə qarşılaşacaq
"Sabah"ın ÇL oyunları üçün 100 mindən çox bilet satılıb
Azərbaycan AVRO-2028-in pley-offuna çıxa bilər - Şərtlər
Musa Qurbanlı: "Bu oyundan dərs çıxarmalıyıq"
“Polşada xoşbəxtəm, məni yaxşı qəbul edirlər” - Mahir Emreli
"Tottenhem"də itki
Azərbaycan millisi Tacikistanı belə məğlub etdi - Video
Azərbaycan Avropa çempionatında ilk medalını qazandı
“Litvaya qarşı oyun planımız dəyişəcək” - Ayxan Abbasov
A Seriyasının ən bahalı futbolçusu oldu
Mahir Emreli üçün xoşagəlməz an - Video
Azərbaycan millisi Tacikistana qalib gəldi
Cüdoçularımız dünya çempionatını 11 medalla başa vurdu
Azarkeşlər Rodrini rahat buraxmadı - Video
“Yuventus”a qayıda bilər
Ronaldo iki böyük hədəfini açıqladı
Eriksen klubundan ayrıldı
“Mançester Yunayted”dən rekord gəlir
Azərbaycan millisi Tacikistanla matça bu heyətlə çıxır
“Futbol satılmır” - UEFA prezidenti