Nurlan Novruzov: “Qol vurduğum üçün çox sevincliyəm”

Nurlan Novruzov: “Qol vurduğum üçün çox sevincliyəm”
XƏBƏR 27 Avqust 2012 / 02:35 2615
-  A +

“Komanda bu gün çox yaxşı oyandı. Keçən illə müqayisədə çox fərq var. Təəssüf ki, “Rəvan” və “Simurq”la oyunlarda xeyli qol epizodlarından istifadə edə bilməmişdik. Ancaq bu gün imkanlardan istifadə elədik, 3:1 hesabıyla qələbə qazandıq, çox yaxşı oynadıq. Daha da çox qol vura bilərdik”.
 
Qol.Az-ın məlumatına görə, bu sözləri bu gün Azərbaycan Premyer Liqasının IV turunda evdə “Kəpəz”i 3:1 hesabıyla məğlub edən “Baklı”nın gənc hücumçusu Nurlan Novruzov deyib.

"Bakı" TV-ə açıqlamasında o, vurduğu qol və ona göstərilən etimad haqqında da danışıb:

“Qol vurduğum üçün çox sevinciliyəm. Baş məşqçimizin işi də göz qabağındadır, hamı görür ki, bu mövsüm “Bakı” tamam fərqli oyun oynayır, çox yaxşı təsir bağışlayır. Bundan başqa, baş məşqçimiz mənə şans verir, mən də çalışıram onun bu inamını doğruldum. Bundan sonra da bunun üçün əlimdən gələni edəcəyəm”

Son xəbərlər