Türkiyənin “Qalatasaray” klubunun futbolçusu Engin Baytar avtomobil qəzasına düşüb.
Qol.Az-ın məlumatına görə, hadisə gecə saat 24:00 radələrində baş verib.
Dostu idarə etdiyi 34 VT 9907 nömrə nişanlı “BMW”də idarəetməni itirib. Nəticədə avtomobil səkiyə çırpılaraq 3 dəfə aşıb. Sürücü ilə onun yanındakı Baytar möcüzəvi şəkildə yüngül yaralar alıblar. Baş və qolundan yaralanan oyunçu təcili xəstəxanaya yerləşdirilib. O, müalicə aldıqdan sonra gecə saat 02:50-də evinə buraxılıb.
Qəzadan xəbər tutan “Qalatasaray”ın idarə heyətinin üzvü Abdurrahim Albayrak və köməkçi-məşqçi Hasan Şaş xəstəxanaya gəliblər. Onlar futbolçunun durumu ilə maraqlanıblar. Albayrak Baytarın vəziyyətinin yaxşı olduğunu və bu gündən etibarən məşqə çıxa biləcəyini söyləyib.
Qeyd edək ki, Engin Baytar daha öncə “Fənərbaxça” ilə Türkiyə Superkuboku matçında baş hakim Cüneyt Çakırın üzərinə hücum etdiyi üçün 11 oyunluq diskvalifikasiyaya məruz qalıb. Futbolçuya Nizam-İntizam Komitəsi tərəfindən 20 min lirə cərimə də kəsilib. “Qalatasaray” da ona cəza üzündən meydana çıxa bilməyəcəyi hər bir oyun üçün 15 min avro cərimə kəsib. Bu isə o deməkdir ki, 11 matçlıq cəza qarşılığında Enginin cəriməsi 165 min avro olacaq. Hər oyuna 15 min avro əməkhaqqıdan da məhrum olduğunu nəzərə alsaq, o, daha 165 min avro ziyana düşüb. Beləliklə, etdiyi intizamsızlıq üzündən oyunçu 330 min avro və 20 min lirə itirib.
Messi bu oyunu buraxacaq
Bundesliqada hamını geridə qoydu
Millinin qapıçısından Şahruddinə xüsusi hədiyyə - Şəkil
Hakimi qazandığı kuboklarla zirvəyə yüksəldi
Arda Güler yenə fərqlənməyi bacardı
"Dua edirdim ki, ciddi bir şey olmasın"
"Bayer" baş məşqçi böhranı ilə üzləşir
Konate "Liverpul"dan getdi
Əlcəzairin DÇ-2026 heyətində kimlər var?
ÇL-də həftənin rəmzi komandası açıqlandı
Çempionlar Liqasında mövsümün ən yaxşı oyunçusu bilindi
Uruqvay millisinin DÇ-2026 üçün heyəti açıqlandı
"Neftçi"dən təklif alanda çox sevindim" - İqor Ribeyro
"Arsenal" yeni qapıçı hədəfə aldı
"Şamaxı" onu da göndərdi
"Zirə" 5 futbolçu ilə yollarını ayırdı
Yığmamız Qazaxıstanla qarşılaşacaq
Azərbaycan millisinin növbəti məşqindən - Şəkillər
Enrike ilə bağlı qərar verildi