APOEL-in qapıçısı Kiotis Dionysios dünən Avropa Liqasının pley-off mərhələsinin “Neftçi” ilə keçirilən ilk matçından sonra Qol.Az-ın suallarını cavablandırıb.
- Oyun necə keçdi, 1:1 sizi qane etdi?
- Çox çətin oyun keçdi. Açığı “Neftçi”dən bu cür oyun gözləmirdik. Bu komanda gözlədiyimizdən qat-qat güclü imiş. Qələbə də qazana bilərdilər, amma matç heç-heçə bitdi. Məncə, səfərdə oynadığımızı nəzərə alsaq, bizim üçün sərfəli nəticə oldu.
- “Neftçi” sizinlə müqayisədə xeyli qol epizodu əldə etsə də, yalnız birindən istifadə etdi. Demək olar, APOEL-in bəxti gətirdi?
- Razıyam, rəqibin bir neçə real imkanı oldu. Ancaq onu da unutmayaq ki, biz süni örtüklü meydançada oynamağa öyrəşməmişik. Ona görə də uyğunlaşmaqda çətinlik çəkirdik.
- Cavab oyunundan nə gözləyirsiniz?
- Məncə, mərhələ keçmək şansımız yüksəkdir. Evdə,öz doğma azarkeşlərimizin önündə oynayacağıq, meydança da təbii örtüklü olacaq. İnanıram ki, qələbə qazanıb Avropa Liqasının qrupuna düşə biləcəyik.
Anar XANLAROV
Messi bu oyunu buraxacaq
Bundesliqada hamını geridə qoydu
Millinin qapıçısından Şahruddinə xüsusi hədiyyə - Şəkil
Hakimi qazandığı kuboklarla zirvəyə yüksəldi
Arda Güler yenə fərqlənməyi bacardı
"Dua edirdim ki, ciddi bir şey olmasın"
"Bayer" baş məşqçi böhranı ilə üzləşir
Konate "Liverpul"dan getdi
Əlcəzairin DÇ-2026 heyətində kimlər var?
ÇL-də həftənin rəmzi komandası açıqlandı
Çempionlar Liqasında mövsümün ən yaxşı oyunçusu bilindi
Uruqvay millisinin DÇ-2026 üçün heyəti açıqlandı
"Neftçi"dən təklif alanda çox sevindim" - İqor Ribeyro
"Arsenal" yeni qapıçı hədəfə aldı
"Şamaxı" onu da göndərdi
"Zirə" 5 futbolçu ilə yollarını ayırdı
Yığmamız Qazaxıstanla qarşılaşacaq
Azərbaycan millisinin növbəti məşqindən - Şəkillər
Enrike ilə bağlı qərar verildi