"Qalatasaray"lı futbolçu dünya ulduzları sırasında

"Qalatasaray"lı futbolçu dünya ulduzları sırasında
XƏBƏR 24 Avqust 2012 / 02:16 3382
-  A +

Türkiyə milli komandasının və “Qalatasaray” klubunun futbolçusu Səlçuk İnan dünyanın cərimə zərbəsi ustaları siyahısına düşüb.

Qol.Az-ın məlumatına görə, “Bleacher Report” nəşrinin müəyyənləşdirdiyi 11 nəfərlik siyahıda 27 yaşlı yarımmüdafiəçi 6-cı yeri tutub.

O, ötən mövsüm cərimə zərbələrindən 5 qol vurub. “Türk Xavi” ləqəbli İnan hətta İtaliya “Yuventus”unun ulduzu Andrea Pirlonu qabaqlayıb:

 

1. Kriştiano Ronalo (“Real” Madrid, Portuqaliya)

2. Lionel Messi (“Barselona”, Argentina)

3. Xavi Ernandes (“Barselona”, İspaniya)

4. Devid Bekhem (“Los-Angeles Qalaksi”, İngiltərə)

5. Zlatan İbrahimoviç (PSJ, İsveç)

6. Səlçuk İnan (“Qalatasaray”, Türkiyə)

7. Andrea Pirlo (“Yuventus”, İtaliya)

8. Benat Etçeberriya (“Betis”, İspaniya)

9. Keysuke Honda (CSKA Moskva, Yaponiya)

10. Santi Kasorla (“Arsenal”, İspaniya)

11. Sebastian Larsson (“Sanderlend”, İsveç)


Son xəbərlər