“Anji”nin oyununda qalmaqal: 80 azarkeş saxlanıldı

XƏBƏR 24 Avqust 2012 / 00:11 2539
-  A +

Mahaçqalanın “Anji” və Hollandiyanın “Az Alkmaar” klubları arasında keçirilən Avropa Liqasının pley-off mərhələsinin ilk oyununda insident yaşanıb.

Qol.Az-ın Rusiya mətbuatına istinadən yaydığı məlumata görə, Moskva şəhərində baş tutan görüşün birinci hissəsində sektorların birində cəmləşən, "Lokomotiv" klubunun fanatı  olan bir qrup azarkeş millətçi və təhqiramiz şüarlar səsləndirib, meydançaya yanan əşyalar atıblar.

Fasilə zamanı "OMON" 80-ə yaxın azarkeşi saxlayıb. Onların hamısı “xırda xuliqanlıq”da təqsirli bilinəcək.


Son xəbərlər