UEFA “Neftçi”yə “yox” dedi

UEFA “Neftçi”yə “yox” dedi
XƏBƏR 23 Avqust 2012 / 13:40 2942
-  A +

Bu gün keçiriləcək Avropa Liqasının pley-off mərhələsinin ilk “Neftçi”-“Apoel” matçı öncəsi UEFA-dan “Neftçi”nin bu quruma göndərdiyi məktuba cavab gəlib.

Paytaxt klubunun mətbuat xidmətinin rəhbəri Gündüz Abbaszadənin Qol.Az-a verdiyi məlumata görə, UEFA onların Cəbrayılın və Füzulinin işğalının ildönümü ilə əlaqədar olaraq, oyuna 1 dəqiqəlik sükutla başlamaq və meydançaya qara sarğı ilə çıxmaq istəyinə “yox” cavabı verib:
 
“Təəssüf ki,UEFA istəyimizə müsbət cavab vermədi və bildirdilər ki, 1dəqiqəlik sükut, eləcə də meydançaya qara sarğı ilə çıxmaq mümkün olmayacaq. Ancaq buna baxmayaraq, “Neftçi” klubu olaraq, qarşılaşmanın məsuliyyətini gözəl anlayırıq, oyuna yüksək səviyyədə köklənmişik. Qələbə qazanmaqla bu qələbəni tək Cəbrayıl və Füzulidə deyil, bütün Qarabağda şəhid olan həmvətənlərimizin ruhuna həsr etmək istəyirik”.

Qeyd edək ki, “Neftçi”-“Apoel” matçı bu gün saat 21:00-da “Dalğa Arena”da start götürəcək.

Son xəbərlər
15.07.25  20:59

"Napoli"yə "hə" dedi