Türkiyənin “Qalatasaray” klubunun istedadlı futbolçusu Əmrə Çolakın 8 il öncə 20 qaban və 5 topa alındığı üzə çıxıb.
Bu barədə hazırda “Qəbələ” klubunda Gənclər Futbolunun İnkişaf Proqramı Rəhbərinin köməkçisi vəzifəsində çalışan Recep Yazıcı “Milliyet”ə açıqlama verib.
Yazıcı 2004-cü ildə “Qalatasaray”da aşağı yaş qrupları üzrə komandada çalışarkən, həmin vaxt 13 yaşında olan Çolakı “Atışalanıspor”dan aldığını bildirib: “Bu komanda ilə yoldaşlıq görüşümüz var idi. Həmin oyunda Əmrə özünü müsbət tərəfdən göstərməyi bacardı. Rəqib komandanın məşqçisi dostum idi. Lakin “Atışalanıspor” həvəskar komanda olduğundan, ona transfer qiyməti qoyulmamışdı. Bununla belə, 20 qaban, 5 top verdik. Sonra da lisenziyasını aldıq”.
“Qalatasaray”dakı komanda yoldaşı Tomaş Uyfaluyşinin “Türk Messi” ləqəbi verdiyi Əmrə Çolak əsas heyətdə ötən mövsümdən möhkəmlənməyə başlayıb. Baş məşqçi Fatih Terimin şans verdiyi 21 yaşlı yarımmüdafiəçi Superliqada “Kasımpaşa” ilə yeni mövsümün açılış matçında komandasının hər iki qolunun ötürməsini verib. Nəticədə “Qalatasaray” qələbə qazanıb – 2:1.
Qeyd edək ki, anası Nurgül Çolak Əmrənin bütün oyunlarını stadiondan izləyir. Futbolçunun atası elektrik ustasıdır (Lent.az).
Enrike, Arteta...
Messi bu oyunu buraxacaq
Bundesliqada hamını geridə qoydu
Millinin qapıçısından Şahruddinə xüsusi hədiyyə - Şəkil
Hakimi qazandığı kuboklarla zirvəyə yüksəldi
Arda Güler yenə fərqlənməyi bacardı
"Dua edirdim ki, ciddi bir şey olmasın"
"Bayer" baş məşqçi böhranı ilə üzləşir
Konate "Liverpul"dan getdi
Əlcəzairin DÇ-2026 heyətində kimlər var?
ÇL-də həftənin rəmzi komandası açıqlandı
Çempionlar Liqasında mövsümün ən yaxşı oyunçusu bilindi
Uruqvay millisinin DÇ-2026 üçün heyəti açıqlandı
"Neftçi"dən təklif alanda çox sevindim" - İqor Ribeyro