"Milan" və "İnter" oyunçularını dəyişdi

"Milan" və "İnter" oyunçularını dəyişdi
XƏBƏR 23 Avqust 2012 / 00:01 2072
-  A +

İtaliyanın iki nəhəng klubu "Milan" və "İnter" komandaları oyunçu dəyişikliyinə əl atıblar.

Qol.Az-ın klubların rəsmi saytılarına istinadən verdiyi məlumata görə, "Milan"dan Antonio Kasssano "İnter"ə, "İnter"dən isə Giampaolo Pazzini "Milan"a transfer olunub.

"İnter" klubu Kassanoyla 2014-cü ilə qədər müqavilə imzaladığını açıqlayıb. Lakin Pazzininin "Milan"da hansı müddətə çıxış edəcəyi haqda məlumat verilməyib. Bununla belə, "Milan"ın bu transferə görə "İnter"ə əlavə olaraq 7 milyon avro ödəcəyi bildirilir.

Qeyd edək ki, hər iki futbolçu artıq yeni komandaları ilə ilk məşqlərinə çıxıblar.

Daha çox


Son xəbərlər
16.09.25  16:55

"Roma" Dibalanı itirdi