Dünən Çempionlar Liqasının pley-off mərhələsi çərçivəsində Moskvada baş tutan “Spartak” – “Fənərbaxça” oyunu öncəsi qalmaqal yaşanıb.
Qol.Az-ın modern.az-a istinadən verdiyi məlumata görə, hələ oyun başlamazdan əvvəl “Spartak”lı azarkeşlərin “Fənərbaxça”lı fanatlara hücumu baş verib. Moskva klubunun 20-dək tərəfdarı bir qrup türk azarkeşi döyüb. Rusiyalı fanatlar türklərin oyuna gətirdikləri üzərində Atatürkün portreti olan plakatları cırıb. Bu azmış kimi, Atatürkün şəkli olan plakatlar oyun zamanı yandırılıb.
UEFA-nın İntizam Komitəsinin “Spartak” klubu azarkeşlərinin hərəkətlərilə bağlı ölçü götürəcəyi gözlənilir.
Xatırladaq ki, matç 2:1 hesabı ilə “Spartak”ın xeyrinə başa çatmışdı.
Enrike, Arteta...
Messi bu oyunu buraxacaq
Bundesliqada hamını geridə qoydu
Millinin qapıçısından Şahruddinə xüsusi hədiyyə - Şəkil
Hakimi qazandığı kuboklarla zirvəyə yüksəldi
Arda Güler yenə fərqlənməyi bacardı
"Dua edirdim ki, ciddi bir şey olmasın"
"Bayer" baş məşqçi böhranı ilə üzləşir
Konate "Liverpul"dan getdi
Əlcəzairin DÇ-2026 heyətində kimlər var?
ÇL-də həftənin rəmzi komandası açıqlandı
Çempionlar Liqasında mövsümün ən yaxşı oyunçusu bilindi
Uruqvay millisinin DÇ-2026 üçün heyəti açıqlandı
"Neftçi"dən təklif alanda çox sevindim" - İqor Ribeyro