"Bakı"nın futbolçusu Slovakiya və Yunanıstana qarşı

"Bakı"nın futbolçusu Slovakiya və Yunanıstana qarşı
XƏBƏR 22 Avqust 2012 / 18:40 1537
-  A +

“Bakı” klubunun yarımmüdafiəçisi Deyvidas Çesnauskis "DÇ-2014"ün seçmə oyunları çərçivəsində Slovakiya və Yunanıstanla oyunlar üçün Litva milli komandasına dəvət olunub.

Qol.Az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, Slovakiya milli komandası ilə oyun sentyabr ayının 7-də Litvada baş tutacaq.

Yunanıstan milli komandası ilə oyun isə sentyabırın 11-də Yunanıstanda keçiriləcək.

Daha çox


Son xəbərlər
16.09.25  16:55

"Roma" Dibalanı itirdi