Türkiyənin “Fənərbağça” futbol komandasının baş məşqçisi Aykut Kocaman görkəmli türk şairi Nazim Hikmətin Rusiyanın paytaxtı Moskvadakı məzarını ziyarət edib.
Kocaman “Spartak”la Çempionlar Liqasının “pley-off” mərhələsinin ilk görüşündən öncə bu addımı atıb.
O, Moskvadakı Novodeviçi qəbiristanlığında uyuyan şairin məzarı üzərinə qərənfil qoyub. Bu zaman klubun meneceri Hasan Çətinkaya da baş məşqçi ilə birgə olub. Kocaman jurnalistlərə açıqlamasında sadəcə, özü istədiyi üçün türk şairinin məzarını ziyarət etdiyini söyləyib.
Qeyd edək ki, Azərbaycan xalqı və ədəbiyyatının da yaxın dostu kimi dəfələrlə Bakıda olmuş Nazim Hikmət 1963-cü ildə Moskvada vəfat edib. Türkiyə Kommunist Partiyasının üzvü olan Hikmət üst-üstə 11 dəfə həbsə düşüb. O, 1951-ci ildə Türkiyə vətəndaşlığından çıxarıldıqdan sonra ömrünün sonunadək Moskvada yaşayıb. Yalnız ölümündən 2 il sonra ölkəsində şeirlərinin yayılmasına icazə verilib.
lent.az
Enrike, Arteta...
Messi bu oyunu buraxacaq
Bundesliqada hamını geridə qoydu
Millinin qapıçısından Şahruddinə xüsusi hədiyyə - Şəkil
Hakimi qazandığı kuboklarla zirvəyə yüksəldi
Arda Güler yenə fərqlənməyi bacardı
"Dua edirdim ki, ciddi bir şey olmasın"
"Bayer" baş məşqçi böhranı ilə üzləşir
Konate "Liverpul"dan getdi
Əlcəzairin DÇ-2026 heyətində kimlər var?
ÇL-də həftənin rəmzi komandası açıqlandı
Çempionlar Liqasında mövsümün ən yaxşı oyunçusu bilindi
Uruqvay millisinin DÇ-2026 üçün heyəti açıqlandı