AZAL-ın kapitanı Aqil Nəbiyev Qol.Az-a müsahibə verib.
- Zədənin durumu nə yerdədir?
- Şükür Allaha, artıq hər şey qaydasındadır, 3 həftəlik fərdi məşqlərin ardından sabahdan kollektivə qoşuluram. Çalışacağam ki, qısa zamanda əvvəlki formamı bərpa edib həm klubuma, həm də milliyə kömək edim.
- AZAL ilk 3 turdan sonra 7 xalla liderdi. Yaxşı start götürdüyünüzü demək olar?
- Belə baxanda kiminlə oynamışıq ki? “Sumqayıt”, “Rəvan”, “Kəpəz”. Qarşısına avrokuboklara düşmək məqsədi qoyan komanda bu cür rəqiblərə xal verməməlidir. Əfsuslar olsun ki, ilk turda “Sumqayıt”la heç-heçə oynadıq. Ancaq nəzərə alaq ki, ilk oyunlar həmişə çətin keçir, futbolçular tam olaraq, bir-birlərinə uyğunlaşmırlar.
- “Qarabağ”ın “Sumqayıt”ı 6:1 hesabı ilə məğlub etməsindən sonra yəqin ki, ilk turdakı xal itkisinə daha çox heyfsləndiniz...
- Ümumiyyətlə, hər itirilən xala təəssüflənirik. Yenə bayaqkı sözümə qayıdıram ki, qarşısına yüksək hədəflər qoyan komanda o cür oyunlarda xal itirməməlidir. Bu sözümlə “Sumqayıt”ı kiçiltmək fikrində deyiləm. Əksinə, indi çempionatda zəif rəqib yoxdur və bütün oyunlar çətin keçir. Sadəcə, iddialı komanda gərək bütün oyunlardan maksimum xal götürsün.
- Növbəti turda “Neftçi”ilə qarşılaşırsınız. Çoxları düşünür ki, AZAL-ın əsl gücü bu oyunda bilinəcək. Sən necə düşünürsən?
- Həmin oyunda liderliyimizin təsadüfi olmadığını sübut etməliyik. Ötən mövsüm “Neftçi”ni evdə 3:1 hesabıyla məğlub etmişdik. Bu dəfə də evdə oynayırıq və inanıram ki, yenə 3 xal qazanan tərəf biz olacağıq.
- Ancaq eyni zamanda ötən mövsüm evdə “Neftçi”yə 1:7 hesabı ilə məğlub da olmusunuz. Bu mənada bu dəfəki oyunun sizin üçün revanş xarakteri daşıyacağını demək olar?
- Revanş deyəndə, futbolda hər şey olur. 1:7 hesablı məğlubiyyəti heç kim unutmayıb. Demirəm ki, çıxıb biz də 7 top vuracağıq, amma bütün gücümüzü sərf etməliyik ki, qələbə qazanıb zirvədəki yerimizi əlimizdə saxlayaq.
- Sənin yoxluğunda kapitan sarğısını Cahangir Həsənzadə ilə Usim Nduka daşıyırılar. Səncə, onlar üzərlərinə düşən işin öhdəsindən gələ bilirlər?
- Hər iki futbolçuya böyük hörmətim var. Cahangir təcrübəli qapıçısır, uzun illər milli komandanın da şərəfini qoruyub. Nduka isə AZAL yaranan gündən klubun içindədir. Deyərdim ki, hər ikisi üzərinə düşən işin öhdəsindən gəldi.
Anar XANLAROV
Rəşad Eyyubov limitlə bağlı: “Kim yaxşıdırsa, oynamalıdır”
Türkiyə - Fransa: Heyətlər
Bekhemin DÇ-2026-dan qazancı açıqlandı
Almaniya millisinin oyunlarını buraxacaq
Yenidən Azərbaycan Premyer Liqasına qayıtdı
Azərbaycanın U-21 millisi Çexiyadan xal aldı
"Zirə" Çempionlar Liqasının 1/4 finalında
Azərbaycan Qran-Prisində sıralama turu keçirildi
Millidə zədələndi, klubuna qayıdır
Ardıcıl 2-ci dəfə İngiltərənin ən yaxşı futbolçusu seçildi
Azərbaycan klubu baş məşqçini istefaya göndərdi - Rəsmi
4 böyük liqadan FİFA-ya islahat çağırışı
Türkiyə - Fransa oyunu hansı kanallarda?
"Zirə"dən ayrılan futbolçu "Şəfa"da - Rəsmi
Van Dayk "biabırçılıqdır" dedi, Klopp cavab verdi
“Sabah”ın hücumçusu Almaniya millisindən dəvət gözləyir
Litva- Azərbaycan matçının hakimləri açıqlandı
Burak Yılmazın yeni klubu müəyyənləşdi
Maksimov “Araz-Naxçıvan”da ilk məşqinə çıxdı - Şəkil
Runi yəhudi köklərinin olduğunu açıqladı
Braziliya millisində yeni 10 nömrə
Amsterdamda son dəqiqə qolu - Video
Azərbaycan Qran-Prisində 2-ci gün
Dünyanın ən bahalı 10 milli komandası hansılardır?
Almaniya Niderlandla heç-heçə etdi - Millətlər Liqası
Klopp və Xavi 2 il sonra...
Argentina millisinin kapitanı seçildi
"Zirə"nin futbolçusu əməliyyat olundu
Malta Millətlər Liqasına qələbə ilə başladı
Azərbaycan boksçusu Avropa çempionu oldu
Qapıçıya sərt cəza - 20 illik futboldan uzaqlaşdırıldı
İrlandiya - İsrail matçı öncəsi gərginlik
Benzemanın “Nike”la əməkdaşlığı başlamadan bitdi
“Benfika” onları şikayət etdi
Özbəkistan millisi İrana qalib gəldi
Kişi klubunu çalışdıran ilk qadın məşqçi ilə yollar ayrıldı
Ürək problemi yaşayan futbolçu fərdi məşqlərə başladı
Azərbaycan Qran-Prisində sərbəst yürüşlər keçirildi
2-ci liqada 6 oyunun hakimləri bilindi
Xavi “Qızıl top” üçün əsas namizədini açıqladı
Vüsal İsgəndərli: “Bu yükün altından çıxmalıyıq”
Alabanın yeni klubu rəsmiləşdi