Avroliqada yeganə təmsilçimiz olan "Neftçi"ni pley-off mərhələsində çətin sınaq gözləyir. Son Azərbaycan çempionu avqustun son ongünlüyündə Kiprin APOEL klubu ilə 2 matç keçirəcək. Bu, "Neftçi" və APOEL arasında heç də ilk qarşıdurma deyil. Adıçəkilən klublar 1995-ci ildə də UEFA kubokunda üz-üzə gəlib, münasibətlərinə aydınlıq gətiriblər. Sirr deyil ki, Kiprdə gerçəkləşən ilk matç daha çox qalmaqalla yadda qalıb. Nikosiyada baş verənləri canlı şahidin dilindən eşitmək təbii ki, daha maraqlıdır.
Qol.Az-ın məlumatına görə, tanınmış telejurnalist, 1995-ci ildə APOEL - "Neftçi" matçına Azərbaycan Dövlət Televiziyasının "Sport digest" verilişinin aparıcı qismində ezam olunmuş Elnur Əşrəfoğlu Olimpia.Az saytına açıqlamasında 17 il əvvələ qayıdıb:
"O vaxt çarter reysi ilə Bakıdan Nikosiya şəhərinə böyük heyətlə yollanmışdıq. Futbolçular, məşqçilər və klub nümayəndələrindən əlavə, xeyli sayda azarkeş və bir neçə jurnalist də heyətdə yer almışdı. Əvvəla onu vurğulayım ki, avqust ayı Kiprdə "cəhənnəm ayı" adlandırılır. Orada həddən artıq - təxminən 50 dərəcəyə yaxın isti olur. Nəfəs almaq belə müşkülə çevrilir. Famaqusta şəhərindən fərqli olaraq, burada nə meşəlik, yaşıllıq var, nə də dəniz. Biz məskunlaşdığımız 5 ulduzlu "Hilton" otelindən oyuna qədər bayıra çıxmadıq. Həm istidən, həm də mümkün təxribatlardan qorunmaq üçün belə edirdik. Komanda isə "Holiday İnn" otelində yerləmişdi. Nikosiyada yaşayan yerli əhali türkcə sərbəst danışmağı bacarsa da, onlar küçələrdə, barlarda bundan istifadə edə bilmirlər. Çünki türkləri bu şəhərdə qəti sevmirlər. Ona görə ki, türklərlə o vaxtkı hadisələrdə ən çox əziyyət çəkən məhz Nikosiya olub. Yaxşı yadımdadır ki, türk dilində danışmağımız bizə problem yaratmışdı. Türkcə danışdığımızı eşidən bir qrup yerli sakin bizimlə hətta əlbəyaxa döyüşə çıxmaq istəyirdi. Nikosiyada "Berlin divarı"na bənzər sədd var. Bu, faktiki olaraq şəhərdə yaşayan türklərlə yunanlar arasında sərhəd funksiyasını yerinə yetirir. Nikosiyada ermənilər də çox yaşayır və burada erməni məhəlləsi də var. Bütün bunlar "Neftçi"nin APOEL-lə ilk oyununun nəticəsinə birbaşa təsir göstərdi. Çünki bütün şəhər oyunu səbirsizliklə gözləyirdi. Ümumiyyətlə, həmin dövrdə türk klubları üçün Kiprə getmək ən arzuolunmaz hal sayılırdı. APOEL hakimiyyətdə olan partiyanın komandasıdır. Buna görə də, APOEL-in oyunlarında həmişə ajiotaj olur. Azarkeşlər öz emosiyalarını, hirsini sevimli komandalarının qarşılaşmalarında çıxarırlar".
Elnur Əşrəfoğlu məlum bayraq olayını da təffərrüatı ilə danışıb: "Kiprli azarkeşlər "Neftçi" ilə oyundan 1 saat əvvəl ağzına qədər dolu olan stadionunun mərkəzi tribunasında Türkiyənin bayrağını yandırdılar. Yerli tamaşaçılar tərəfindən alqışla qarşılanan bu olay təbii ki, bizim hiddətimizə səbəb oldu. Bir qrup erməni azarkeş digər tribunada "Hayastan! Hayastan!" şüarları səsləndirirdilər. Haqq dünyasına qovuşan "Neftçi"nin o vaxtkı prezidenti Rasim Rəfiyevlə birgə oyunun komissarına etirazımızı bildirdik. Komissar isə cavabında azarkeşlərin hərəkətlərinə müdaxilə etmək səlahiyyətinin olmadığını bildirdi və təxribatların qarşısını almaq üçün yalnız anons verdirə biləcəyini söylədi. Anons səsləndirilsə də, həm oyundan əvvəl, həm oyun vaxtı anti-türk şüarlarına ara vermirdilər. İndiyə qədər bir çox ölkələrdə futbol üzrə dünya və Avropa çempionatlarında, hətta ən çılğın azarkeşi olan "Liverpul", "Fənərbaxça", "Qalatasaray", "Seltik"in iştirakı ilə keçirilən oyunlarda olsam da, bu cür azarkeş çılğınlığını görməmişəm. Oyunun ilk 20 dəqiqəsində "Neftçi" 2 real qol şansı yaxaladı. Futbolumuzun qol kralı, Fedotovu sayılan Nazim Əliyev və hazırda "Neftçi"də məşqçi çalışan Bəxtiyar Musayev bu şansları dəyərləndirə bilmədilər. Əlbəttə, bütün bunlar meydan sahiblərinin xeyrinə işlədi və onlar görüşü 3:0 hesabı ilə qalib başa vurdular".
Tanınmış telejurnalist vurğulayıb ki, cavab görüşündə Yunanıstanın bayrağı yandırılıb: "Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçirilən təkrar oyunda APOEL-dən məğlubiyyətin əvəzini çıxa bilməsək də, hər halda, bayraqla bağlı qisas aldıq. Belə ki, Kiprdə çəkilən kadrları AzTV-də şərhlə efirə verdiyim zaman hadisə həm Türkiyənin Azərbaycandakı səfirliyinin, həm də Bakıda yaşayan türk qardaşlarımızın diqqətini çəkmişdi. Buna görə də təkrar oyundan əvvəl Yunanıstanın bayrağı yandırıldı. Bu hadisələr 17 il əvvəl baş verib. İndi isə yaxşıya doğru dəyişiklik var. Yəni, Türkiyə - Yunanıstan münasibətləri əvvəlki kimi kritik deyil. Bundan başqa, Kipr klubları avrokuboklarda sözünü deməyə başlayıblar, 1/4 finala qədər vəsiqə qazanırlar. Bu klubların rəhbərləri anlayırlar ki, hər hansısa təxribat xarakterli hadisə onların əleyhinə işləyər. Buna misal olaraq, AEL klubunun bir neçə gün əvvəl avrokuboklardan uzaqlaşdırılmasını göstərmək olar".
Əşrəfoğlu Avroliqanın pley-off mərhələsinin püşkatmasında "Neftçi"nin bəxtinin gətirdiyini söyləyənlərlə də razı deyil: "APOEL 17 il əvvəlkinədən fərlqi olaraq, indi qat-qat güclüdür. Çoxları püşkatmada "Neftçi"nin bəxtinin gətirdiyini desə də, bu belə deyil. Fikrimcə, indiki APOEL bu mövsüm "Neftçi"ni Çempionlar Liqasından uzaqlaşdıran "Hapoel İroni"dən ikibaş, ötən mövsüm "Neftçi"yə acı günlər yaşadan "Dinamo" Zaqrebdən isə birbaş üstündür. Bəlkə də "Neftçi" püşkatmada "Nyukasl"la düşsəydi, bu, daha sərfəli variant olardı. APOEL Kiprdə "quduz komanda" ləqəbini daşıyır və bu "quduzlar" özlərindən zəiflərə heç vaxt güzəştə getmirlər. Təsadüfi deyil ki, APOEL ötən il Çempionlar Liqasında 1/4 finala qədər irəlilədi və "kral klubu" "Real Madrid"ə məğlubiyyətlərdən sonra mübarizəni dayandırdı".
APOEL-lə görüşlərin çətin olacağını bildirən Əşrəfoğlu "Neftçi"nin uğur qazana bilməsi üçün lazımi məqamları da diqqətə çatdırıb: "Bakıdakı oyun nəyin bahasına olursa-olsun, yenicə açılışı olan Tofiq Bəhramov adına Respublika stadionuna salınmalıdır. Çünki 30 min tamaşaçı komandamıza əlavə güc, ruh, stimul verə bilər. Ola bilsin ki, "Neftçi" rəhbərliyi ev meydançası kimi "Dalğa Arena"nın adını qeyd edib. İstənilən halda, ev stadionunun yerini dəyişdirib, APOEL-i razı salmaq olar. Çünki APOEL futbolçuları peşəkardırlar. Onlar süni yox, təbii ot örtüklü meydançada məmnuniyyətlə çıxış edərlər. Eyni zamanda, "Dalğa Arena"nın Respublika stadionuna dəyişdirilməsi nəticəsində, APOEL əlavə 30-40 km məsafə qət etməz. "Neftçi" rəsmiləri stadionunun yerinin dəyişdirilməsinin müşkül olduğunu israrla iddia etsələr də, beynəlxalq əlaqələri işə salmaqla, buna nail olmaq mümkündür. İlk oyunda top buraxmamaq lazımdır və əlbəttə, cavab qarşılaşmasında bəxt amilinə ümid etmək olar. Çünki APOEL - "Neftçi" qarşıdurmasında şanslar 99 faizin 1 faizə nisbətindədir. Şübhəsiz ki, kirplilərin xeyrinə. Lakin istənilən halda, Avropadakı yeganə təmsilçimizə uğurlar arzulayırıq".
Ağstafadakı bərabərlik - Video
"Milan" ayrılığı açıqladı
"Real" Endriki icarəyə verdi
"Mançester Yunayted"in 7 hədəfi
İlin ən yaxşısı seçildi
Göygöldəki 7 qol - Video
"Milan" 18 yaşlı hücumçu transfer etdi
Stankoviçin təyinatı açıqlandı
2-ci liqada ilin son oyunları keçirildi
“Zəfər” Liqasında qalib müəyyənləşdi
"Qarabağ" seneqallı hücumçu üçün təklif göndərib
"Neftçi"də səbrlə gözləmək adəti yoxdur" - Qriqorçuk
"Zaqatala"ya texniki məğlubiyyət verildi
"Zirə"nin qış hazırlıq planı bilindi
Səbuhi Abdullazadə: "Xal qazanmaq üçün əzmkarlıq çatmadı"
Kapitan 100-ü yarıladı
Rafinya Alkantara 32 yaşında karyerasını başa vurdu
FİFA qadağanı ləğv etdi
Azərbaycan millisinin formaları satışda - Şəkillər
"Milan" Divok Origi ilə yolları ayırdı
“Sabah”dan ilk: 10-cu qış çempionu
185 oyunda 447 qol: “Qarabağ”dan üstünlük
“Sumqayıt” hamını qabaqladı
Neymar əməliyyat olundu
"Napoli" Superkuboku belə qazandı - Video
“Atletik” öz meydanında uduzdu
Salah Misirə qələbə qazandırdı
İtaliya Superkubokunun qalibi müəyyənləşdi
“Traktor”dan ardıcıl dördüncü qələbə - ÇL
Türkiyə Superliqasında 2 oyunda 13 qol
"Sabah"ı liderliyə yüksəldən əzmkar qələbəsi - Video
PSJ baş məşqçisi ilə ömürlük müqavilə imzalayır?
"Qış çempionluğu medal qazandırmır" - Valdas Dambrauskas
Benzema Pikassonun milyon avroluq tablosunu aldı
Misli Premyer Liqasında 1 aylıq fasilə başladı
"Sabah"dan böyükhesablı qələbə, qış çempionu oldular
Neymar karyerasının həlledici qərarını verəcək
Bundesliqada il ərzində liderlikdən düşmədilər
A Seriyasında Avstraliya planı təxirə salındı
"Mançester Yunayted" geri addım atdı
Enrike, Mareska, Flik...
"Fənərbaxça"ya transferi gərçəkləşmək üzrədir
"Sumqayıt" - "Sabah": Heyətlər