"Bakı"nını çimərlik futbolu üzrə komandası Belarusun Vitebsk şəhərində təşkil olunan III beynəlxalq “Dostluq kuboku” turnirində iştirak edib.
Qol.Az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, təmsilçilərimiz 9-12 avqust tarixlərində, 8 komandanın iştirak etdiyi yarışda finala kimi irəliləyib.
“Zolaqlılar” yalnlız finalda meydan sahibləri- Belarus yığmasına 3:5 hesabı ilə məğlub olaraq ikinci yerlə kifayətlənməli olublar.
Qeyd edək ki, turnirə Polşa, Latviya, Litva kimi milli komandalar, Belarusun Bate və Qomel eləcə də Rusiyadan klublar qatılıb.
Yarışın ən yaxşı qapıçısı "Bakı"nın üzvü Elçin Qasımov, ən yaxşı ikinci bombardiri isə komandanın futbolçusu Orxan Məmmədov olub.
Azərbaycanlı FİFA referisi Əfqan Həmzəyev “Dostluq kuboku”nun ən yaxşı hakimi seçilib.
Enrike, Arteta...
Messi bu oyunu buraxacaq
Bundesliqada hamını geridə qoydu
Millinin qapıçısından Şahruddinə xüsusi hədiyyə - Şəkil
Hakimi qazandığı kuboklarla zirvəyə yüksəldi
Arda Güler yenə fərqlənməyi bacardı
"Dua edirdim ki, ciddi bir şey olmasın"
"Bayer" baş məşqçi böhranı ilə üzləşir
Konate "Liverpul"dan getdi
Əlcəzairin DÇ-2026 heyətində kimlər var?
ÇL-də həftənin rəmzi komandası açıqlandı