Milli komandamızın hücumçusu Branimir Subaşiçin çıxış etdiyi Çinin “Çanqçun Yatay” klubu ölkə çempionatında növbəti matçını keçirib. Qol.Az-ın məlumatına görə, öz meydanında “Pekin”i qabul edən Subaşiçin komandası darmadağına məruz qalıb. “Çanqçun Yatay” rəqibinə 2:6 hesabıyla uduzub. Start heyətində oyuna çıxan Branimir 67 dəqiqə ərzində meydanda heç nəylə yada qalmayıb. Bununla da Subaşiçin komandasının liderliyi cəmi 1tur davam edib. Bu məğlubiyyətdən sonra “Çanqçun Yatay” dördüncü pilləyə enib. Komanda növbəti oyununu öz meydanında “Balian Şide” klubuna qarşı keçirəcək.
DÇ-2026-nı buraxacaq
Tarixin 70-cisi
“Latsio” sonda sevindi
"Bu uğurun sirri barədə danışmaq çətindir" - Kurban Berdiyev