“Bakı” statistikada da liderdir

XƏBƏR 12 May 2009 / 12:16 2486
-  A +

Premyer-liqanın sonuna bir tur qalmış lider olan “Bakı” həm də stastistik nəticələrə görə rəqiblərini qabaqlayır. Qol.Az-ın klubun rəsmi internet saytına istinadən verdiyi məlumata görə, “zolaqlılar” çempionatda ən çox qələbə qazanan komandadır. 25 turda 19 dəfə meydandan qalib ayrılan "Bakı" keçiridiyi oyunların 76 faizini 3 xalla başa vurub.
“Bakı” həm də premier-liqanda ən çox qol vurub, öz qapısından ən az top buraxan komandadır. Lider 25 oyunda rəqib qapılarına 50 dəfə yol tapıb. Bu, hər oyuna orta hesabla 2 qol deməkdir.
“Bakı” 25 oyunda qapısından cəmi 13 top buraxıb. Orta hesabla hər oyuna 0,5 qol buraxan “Bakı” bu göstəriciyə görə də bütün rəqiblərini geridə qoyub.

Daha çox


Qarabağ FK
Son xəbərlər
12.10.26  14:40

300-cü qələbə

12.10.26  12:56

200-ə çatdı

12.10.26  09:00

2-ci liqada 2 oyun

topaz banner