Bojidar Bandoviç: “Nəticədən razı qalmadım, qalib gəlməli idik”

Bojidar Bandoviç: “Nəticədən razı qalmadım, qalib gəlməli idik”
XƏBƏR 19 Avqust 2012 / 00:10 1813
-  A +

“Nəticədən razı qalmadım, qalib gəlməli idik. Oyunda üstün tərəf idik, rəqiblə müqayisədə çox qol imkanı yaratdıq. İkinci hissədə də eyni qaydada oynadıq, lakin ani diqqətsizlik qapımıza qolla nəticələndi”.

Qol.Az-ın məlumatına görə, bu sözləri dünən Azərbaycan Premyer Liqasının III turu çərçivəsində səfərdə “Rəvan”la 1:1 oynayan “Bakı”nın baş məşqçisi Bojidar Bandoviç deyib.

Bandoviç komandasının oyunundan razı qaldığını da deyib: “Buna baxmayaraq, komanda sona kimi mübarizə aparıb hesabı bərabərləşdirə bildi.Əvvəlki oyunla müqayisədə daha yaxşı oynadığımızı düşünürəm, bu, hələ ki, çempionatın başlanğıcıdır. Qarşıda bizim çox oyunumuz var”.

Daha çox


Qarabağ FK
Son xəbərlər
topaz banner