Georgi Çixradze: “Turan"la oyunumuz həmişə gərgin keçir"

XƏBƏR 18 Avqust 2012 / 23:30 1506
-  A +

“Turan”la oyunlarımız həmişə çətin keçir. Bu gün də oyun gərgin keçdi”.

Qol.Az-ın məlumatına görə, bu sözləri bu gün Azərbaycan Premyer Liqasının III turunda evdə “Turan”ı 3:0 hesabıyla məğlub edən Zaqatalanın “Simurq” klubunun baş məşqçisi Georgi Çixradze deyib.

Gürcü mütəxəssis ikinci hissədə etdikləri dəyişikliklərin faydalı olduğunu vurğulayıb: “Qarşılaşmanın 0-0 davam etməsi gərginliyi daha da artırdı. İlk hissədə qol epizodlarımız çox olsa da, yararlana bilmədik. İkinci hissədə dəyişiklik etdikdən sonra qollar vurduq və qalib gəldik”.

Son xəbərlər