Naci Şensoy son dəqiqələrdə üzüldü

XƏBƏR 12 May 2009 / 11:46 2305
-  A +

“Turan” keçmiş baş məşqçisi Naci Şensoyun hazırda çalışdırdığı Bolqarıstanın “Pirin” klubu ölkə çempionatında növbəti oyununu keçirib. Qol.Az-ın məlumatına görə, Blaqoevqrad təmsilçisi səfərdə “Lokomotiv” Plovdivin qonağı olub. Oyun Şensoyun komandasının 2:3 hesablı məğlubiyyəti ilə tamamlanıb. Matçın taleyini həll edən sonuncu qol qarşılaşmanın 93-cü dəqiqəsində vurulub. Son saniyələrdə buraxılan qol Şensoyun “Pirin”in baş məşqçisi kimi ikinci məğlubiyyətini almasına səbəb olub. Bu məğlubiyyətdən sonra əvvəlki kimi 31 xalda qalan “Pirin” 10-cu pillədəki yerini qoruyub.

Daha çox


Qarabağ FK
Son xəbərlər
12.10.26  14:40

300-cü qələbə

12.10.26  12:56

200-ə çatdı

12.10.26  09:00

2-ci liqada 2 oyun

topaz banner