Vladimir Levin: “Qələbə qazanmağın vaxtıdır”

Vladimir Levin: “Qələbə qazanmağın vaxtıdır”
XƏBƏR 18 Avqust 2012 / 16:35 1769
-  A +

“Geridə qalan iki turun birində məğlub olduq, birində isə heç-heçə oynadıq. Artıq qələbə qazanmağın vaxtıdır”.

Bu sözləri Qol.Az-a açıqlamasında “İnter”in müdafiəçisi Vladimir Levin deyib.

O, “Xəzər Lənkəran”la sabahkı oyun haqqında danışarkən rəqibin gücünü qiymətləndirməyi də unutmayıb: “Xəzər Lənkəran” güclü, iddialı komandadır. Məlum məsələdir ki, oyun çox çətin keçəcək. Ancaq qələbədən başqa yolumuz yoxdur. Əgər növbəti il də avrokuboklara gedəcək komandaların siyahısında yer almaq istəyiriksə, bunu etməliyik. Çünki startda itirilən xallar sonradan öz təsirini göstərir”.

Qeyd edək ki, “İnter”-“Xəzər Lənkəran” matçı sabah saat 20:30-da Şüvəlandakı “AZAL Arena”da oynanılacaq.

Daha çox


Son xəbərlər
16.09.25  16:55

"Roma" Dibalanı itirdi