Bolqarıstanın Plovdiv şəhərində yeniyetmələr və böyüklər arasında davam edən akademik avarçəkmə üzrə dünya çempionatında Azərbaycanın yeganə təmsilçisi Boris Yotov finala yüksəlib.
Qol.Az-ın məlumatına görə, 16 yaşlı avarçəkənimiz yeniyetmələrin mübarizəsində 1 nəfərlik qayıqla (JM1X) 2000 metr məsafəyə yarımfinal yürüşündə də uğurla çıxış edib.
Avqustun 18-də baş tutan yürüşdə Yotovun rəqibləri Martin Helset (Norveç), Qanqqanq Li (Çin), Mixal Ploçek (Çexiya), Ceyms Conston (CAR) və Pilip Pavukov (Belarus) olub. Finişə 7 dəqiqə 8,37 saniyəyə çatan təmsilçimiz yalnız Ploçekdən (7:05.06) geri qalıb. Əvəzində avarçəkənimiz Li (7:10.09), Conston (7:13.42), Pavukov (7:19.52) və Helseti (7:25.93) qabaqlayıb. Məhz ilk “3-lüy”ə düşdüyü üçün Yotov finala çıxıb.
Avqustun 19-da Bakı vaxtı ilə saat 14:00-da startı veriləcək həlledici yürüşdə Boris Yotovun rəqibləri Mixal Ploçek (Çexiya), Qanqqanq Li (Çin), eləcə də digər yarımfinal yürüşündə ilk 3 yeri tutmuş Yerney Markoviç (Sloveniya), Morits Moos (Almaniya) və Natan Veqrjiçki-Şimçik (Polşa) olacaq.
Enrike, Arteta...
Messi bu oyunu buraxacaq
Bundesliqada hamını geridə qoydu
Millinin qapıçısından Şahruddinə xüsusi hədiyyə - Şəkil
Hakimi qazandığı kuboklarla zirvəyə yüksəldi
Arda Güler yenə fərqlənməyi bacardı
"Dua edirdim ki, ciddi bir şey olmasın"
"Bayer" baş məşqçi böhranı ilə üzləşir
Konate "Liverpul"dan getdi
Əlcəzairin DÇ-2026 heyətində kimlər var?
ÇL-də həftənin rəmzi komandası açıqlandı