"Qarabağ" "Sumqayıt"la oyuna hazırdı

"Qarabağ" "Sumqayıt"la oyuna hazırdı
XƏBƏR 18 Avqust 2012 / 14:12 1504
-  A +

Premyer Liqanın III turu çərçivəsində sabah "Sumqayıt"la qarşılaşacaq "Qarabağ" artıq oyuna hazırdır.
 
Qol.Az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, bu gün sonuncu məşqini edəcək komandada bir itki var. 

"Qarabağ"da III tur öncəsi Əfran İsmayılovun zədə səbəbindən oyunu buraxacağı məlumdur. Əvəzində Vaqif Cavadov sıraya dönüb.

"Qarabağ" "Sumqayıt"la oyunda qalib gəlməklə bu rəqibi üzərində Premyer Liqada ilk qələbəsini qazanmaq niyyətindədir. Xatırladaq ki, "Qarabağ" ötən mövsüm bu rəqibini hər iki oyunda məğlub edə bilməmişdi.

Qeyd edək ki, "Sumqayıt" - "Qarabağ" oyunu avqustun 19-da, saat 18:00-da Sumqayıtın mərkəzi arenasında baş tutacaq.

Daha çox


Son xəbərlər
16.09.25  16:55

"Roma" Dibalanı itirdi