"Kakanın "Milan"a qayıtması mümkün deyil"

"Kakanın "Milan"a qayıtması mümkün deyil"
XƏBƏR 18 Avqust 2012 / 03:40 2474
-  A +

"Real" (Madrid) klubunun yarımmüdafiəçisi Kakanın meneceri Ernesto Broznetti "Milan" azarkeşlərini üzüb.

Qol.Az-ın məlumatına görə, "Skysport İtalia"ya danışan Bronzetti Kakanın "Milan"a qayıtmasının mümkün olmadığını bildirib:

"Milan" azarkeşləri əbəs yerə ümidlənməsin. Çünki Kakanın Milana qayıtması imkansızdır. Hazırda İtaliyada heç bir komanda Kakaya ilinə 10 milyon avro ödəməyə hazır deyil. Bu səbəbdən də Kakanın "Milan"a keçidi baş tutmayacaq".

Qeyd edək ki, 2003-2009-cu illərdə "Milan"ın şərəfini qoruyan Kaka keçirdiyi 193 oyunda 70 qola imza atmışdı.


Son xəbərlər