“Oyunun çətin keçəcəyini bilirdik, belə də oldu. Çünki çempionatda heç bir iddiası qalmayan komandalara qarşı oynamaq həmişə çətin olur. Şadam ki, çətin də olsa qələbə qazana bildik”. Qol.Az-ın məlumatına görə, bu sözləri “Qəbələ” ilə matçdan sonra təşkil olunan mətbuat konfransında “Simurq”un baş məşqçisi Roman Pokora deyib. Ukraynalı mütəxəssi hakimlik haqqında fikir yürütməkdən boyun qaçırıb: “Hakimlik haqqında isə heç nə deməyəcəm. Çünki bunun üçün hakim-inspektor var və referinin idarəçiliyinə qoy o qiymət versin”.
DÇ-2026-nı buraxacaq
Tarixin 70-cisi
“Latsio” sonda sevindi
"Bu uğurun sirri barədə danışmaq çətindir" - Kurban Berdiyev