Əfran İsmayılov sıraya döndü

Əfran İsmayılov sıraya döndü
XƏBƏR 17 Avqust 2012 / 18:00 1853
-  A +

II turda “Neftçi” ilə oyunda zədələnən və bu səbəbdən Bəhreynlə yoldaşlıq görüşünü buraxan “Qarabağ”ın və millimizin yarımmüdafiəçisi Əfran İsmayılov sıraya dönüb.

Bu haqda Qol.Az-a açıqlamasında Ağdam klubunun baş məşqçisi Qurban Qurbanov məlumat verib.

Onun sözlərinə görə, İsmayılovun gözlənilənlərin əksinə olaraq, “Sumqayıt”a qarşı oynaması da mümkündü: “Sumqayıt”la oyun öncəsi ciddi itkimiz yoxdur. Düzdür, Vüqar Nadirovla Rauf Əliyevin yüngül zədəsi var, amma bu, elə də ciddi problem deyil. Əfran İsmayılov da artıq sıraya dönüb və kollektivlə birgə məşq edir. “Sumqayıt”a qarşı oynaması da mümkündü, amma bunu sabah daha dəqiq deyə bilərəm”.

Qeyd edək ki, “Sumqayıt”- “Qarabağ” matçı bazar günü saat 18:00-da, Mehdi Hüseyndazə adına stadionda oynanılacaq.

Son xəbərlər