“Hakimlikdən narazı qaldım. Qapımıza vurulan qol şübhəli idi. Matçdan sonra bir neçə dəfə həmin epizodun videoyazısına baxdıq və əmin olduq ki, qol aşkar oyundankənar vəziyyətdən qapımıza vurulub və həmin epizodda hakim kobud səhvə yol verib”. Qol.Az-ın məlumatına görə, bu sözləri “Simurq”la matçdan sonra təşkil olunan mətbuat konfransında “Qəbələ”nin baş məşqçisi Ramiz Məmmədov deyib. O, Aptsiaurinin meydandan qovulduğu epizoda isə belə münasibət bildirib: “Aptisauri hakimə etiraz etdiyi üçün meydandan qovuldu. Əlbəttə, oyunu bizim nəzarətimizə keçdiyi bir anda onun qırmızı vərəqə alması bütün planlarımızı pozdu”
DÇ-2026-nı buraxacaq
Tarixin 70-cisi
“Latsio” sonda sevindi
"Bu uğurun sirri barədə danışmaq çətindir" - Kurban Berdiyev