“Turan” Rauf Mehdiyevin yolunu gözləyir

“Turan” Rauf Mehdiyevin yolunu gözləyir
XƏBƏR 17 Avqust 2012 / 16:50 2111
-  A +

“Sumqayıt”la oyundan sonra qapıçısı Mikayıl Yusifovu yola salan “Turan” indi təcrübəli qapıçı Rauf Mehdiyevin yolunu gözləyir.

Tovuz klubunun mətbuat xidmətinin rəhbəri Süleyman Tağıyevin Qol.Az-a verdiyi məlumata görə, hələ ki, Mehdiyevdən bir xəbər yoxdur: “Andrey Popoviçlə artıq 1 illik müqavilə bağlamışıq və “Simurq”la oyunda böyük ehtimalla qapını o, qoruyacaq. Rauf Mehdiyevin yolunu isə gözləyirik, amma hələ gəlib çıxmayıb. Onunla danışıqları rəhbərlik aparıb və səhv etmirəmsə, qapıçı özü Tovuza gəlməyə razılıq verib.Gözləyək,  görək nə vaxt gələcək”.

Qeyd edək ki, Rauf Çempionlar Liqasının “Hapoel”lə səfər matçından sonra “Neftçi”  tərəfindən transferə çıxarılıb.

Son xəbərlər