"Real"dan hücumçusuna yeni müqavilə

"Real"dan hücumçusuna yeni müqavilə
XƏBƏR 17 Avqust 2012 / 14:43 2668
-  A +

"Real" (Madrid) klubu komandanın hücumçusu Qonzalo İquainə yeni müqavilə təklif edib.

Qol.Az-ın "Marca"ya istinadən verdiyi məlumata görə, Madrid təmsilçisi argentinalı futbolçu ilə 2016-cı ilə qədər müqavilə imzalamağı planlaşdırır.

24 yaşlı futbolçunun "Real"dakı illik qazancı da açıqlanıb. İquain "Real"da çıxış edəcəyi növbəti 4 ildə 4,5 milyon avro qazanacaq.

Qeyd edək ki, ötən mövsüm "Real"ın heyətində 50 oyun keçirən İquain 25 qola imza atmışdı.


Son xəbərlər