“Bu cür şəraitin qarşılığı çempionluq olmalıdır”

“Bu cür şəraitin qarşılığı çempionluq olmalıdır”
XƏBƏR 17 Avqust 2012 / 14:10 2725
-  A +

“İlk oyunlar həmişə çətin olur. Bu mənada “Simurq”la oyunu unutmaq lazımdır. Əlbəttə, çox istəyirdik ki, qələbə qazanaq və yeni mövsümə 3 xalla başlayaq. Ancaq təəssüf ki,alınmadı. İnanıram ki, növbəti oyunda bunu reallaşdıracağıq”.

Bu sözləri Qol.Az-a açıqlamasında “Bakı”nın makedoniyalı qapıçısı Edin Nuredinoski deyib.

O, III turda qarşılaşacaqları “Rəvan”la oyunun çətin keçəcəyini də bildirib: “Rəqib də ilk iki turu qələbəsiz başa vurduğundan, bizimlə oyuna ancaq qələbə üçün çıxacaq. Ona görə də oyun, ikiqat çətin keçəcək. Ancaq istənilən halda, bu oyundan 3 xal götürməliyik”.

“Bakı”nın yeni qapıçısı, qarşılarına qoyulan hədəf haqqında da danışdı: “Hədəfimiz birmənalı şəkildə çempionluqdu. Özünüz də bilirsiniz ki, “Bakı” rəhbərliyi futbolçular üçün necə gözəl şərait yaradıb. Baza, stadion, ən yüksək səviyyədə qayğı. Bu cür şəraitin qarşılığı ancaq çempionluq olmalıdır”.

Qeyd edək ki, “Rəvan”-“Bakı” matçı sabah saat 20:00-da “Dalğa Arena”da start götürəcək.

Son xəbərlər