“Qəbələ” sabah – avqustun 18-i Premyer Liqanın III turu çərçivəsində səfərdə paytaxt təmsilçisi “Neftçi” ilə qarşılaşacaq.
Qol.Az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, indiyədək yalnız ölkə çempionatında qarşılaşan rəqiblərin duellərində hələlik “Neftçi” öndədir.
Bakılılar 7, “Qəbələ” 5 qələbə qazanıb, 4 qarşılaşma isə heç-heçə başa çatıb. Top fərqində 21:14 hesabı ilə üstün olan paytaxt təmsilçisinin uğurlu oyunları Fatih Kavlakın “Qəbələ”nin baş məşqçisi təyin olunana kimi davam edib.
Bu postdakı debüt oyunu çempiona qarşı olan türkiyəli mütəxəssis elə ilk cəhddən “Neftçi” üzərində qələbənin sevincini yaşayıb. Bundan sonra “Qəbələ” çempion üçün kabusa çevrilib. Rəqibini hətta 4:1 hesabı ilə darmadağın etməyi də bacaran "Qəbələ" ötən mövsümün son oyununda doğma azarkeşləri önündə çempionluğu bayram etmək istəyən bakılıların sevincini “korladı”. Bir sözlə Kavlakın komandası bu rəqibə qarşı keçirdiyi hər 3 oyunda qələbə qazanıb. Əgər Kavlak bu qarşılaşmadan da qalib ayrılsa, o "Neftçi"yə qarşı ardıcıl 4-cü qələbəyə - pokerə imza atacaq.
“Qəbələ” sabahkı oyuna da iddialı yollanır. Komandanın matça tam hazır olduğunu söyləyən baş məşqçi rəqiblərinin güclü olduğunu, buna baxmayaraq paytaxtdan istədikləri nəticə ilə dönəcəklərinə inandığını söyləyib:
“Neftçi”nin gücü haqda əlavə sözə ehtiyac yoxdur. Onlar son iki mövsümün çempionudurlar. Çempionlar Liqasına uğurlu start versələr də, növbəti mərhələdə bu turnirlə vidalaşmalı oldular. Premyer Liqanın startı da rəqibimiz üçün uğurlu alınmadı. Heyətdə də bəzi dəyişikliklər oldu. “Neftçi” bizimlə oyuna çox ciddi hazırlaşıb. “Qəbələ” ilə oyunda yaxşı nəticə qazanıb Avroliqa matçına yüksək əhval-ruhiyyədə çıxmaq istəyirlər. Biz də oyuna ciddi hazırlaşmışıq. Heyətimizdə itki yoxdur. Paytaxta maksimum nəticə üçün gəlirik. İnanıram kı, Bakıdan istədiyimiz nəticə ilə dönəcəyik”.
Rəşad Eyyubov limitlə bağlı: “Kim yaxşıdırsa, oynamalıdır”
Türkiyə - Fransa: Heyətlər
Bekhemin DÇ-2026-dan qazancı açıqlandı
Almaniya millisinin oyunlarını buraxacaq
Yenidən Azərbaycan Premyer Liqasına qayıtdı
Azərbaycanın U-21 millisi Çexiyadan xal aldı
"Zirə" Çempionlar Liqasının 1/4 finalında
Azərbaycan Qran-Prisində sıralama turu keçirildi
Millidə zədələndi, klubuna qayıdır
Ardıcıl 2-ci dəfə İngiltərənin ən yaxşı futbolçusu seçildi
Azərbaycan klubu baş məşqçini istefaya göndərdi - Rəsmi
4 böyük liqadan FİFA-ya islahat çağırışı
Türkiyə - Fransa oyunu hansı kanallarda?
"Zirə"dən ayrılan futbolçu "Şəfa"da - Rəsmi
Van Dayk "biabırçılıqdır" dedi, Klopp cavab verdi
“Sabah”ın hücumçusu Almaniya millisindən dəvət gözləyir
Litva- Azərbaycan matçının hakimləri açıqlandı
Burak Yılmazın yeni klubu müəyyənləşdi
Maksimov “Araz-Naxçıvan”da ilk məşqinə çıxdı - Şəkil
Runi yəhudi köklərinin olduğunu açıqladı
Braziliya millisində yeni 10 nömrə
Amsterdamda son dəqiqə qolu - Video
Azərbaycan Qran-Prisində 2-ci gün
Dünyanın ən bahalı 10 milli komandası hansılardır?
Almaniya Niderlandla heç-heçə etdi - Millətlər Liqası
Klopp və Xavi 2 il sonra...
Argentina millisinin kapitanı seçildi
"Zirə"nin futbolçusu əməliyyat olundu
Malta Millətlər Liqasına qələbə ilə başladı
Azərbaycan boksçusu Avropa çempionu oldu
Qapıçıya sərt cəza - 20 illik futboldan uzaqlaşdırıldı
İrlandiya - İsrail matçı öncəsi gərginlik
Benzemanın “Nike”la əməkdaşlığı başlamadan bitdi
“Benfika” onları şikayət etdi
Özbəkistan millisi İrana qalib gəldi
Kişi klubunu çalışdıran ilk qadın məşqçi ilə yollar ayrıldı
Ürək problemi yaşayan futbolçu fərdi məşqlərə başladı
Azərbaycan Qran-Prisində sərbəst yürüşlər keçirildi
2-ci liqada 6 oyunun hakimləri bilindi
Xavi “Qızıl top” üçün əsas namizədini açıqladı
Vüsal İsgəndərli: “Bu yükün altından çıxmalıyıq”
Alabanın yeni klubu rəsmiləşdi