"Qarabağ" "Sumqayıt"la oyunun hazırlıqlarını davam etdirir

"Qarabağ" "Sumqayıt"la oyunun hazırlıqlarını davam etdirir
XƏBƏR 16 Avqust 2012 / 16:09 3544
-  A +

"Qarabağ" klubu Premyer Liqanın III turu çərçivəsindən qarşılaşacağı "Sumqayıt"la oyunun hazırlıqlarını davam etdirir.

Qol.Az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, artıq 3 gündür "Sumqayıt"la oyuna millinin yoldaşlıq görüşləri səbəbindən tam heyətlə hazırlaşa bilməyən komanda bu gündən yığmadakı futbolçuları ilə məşqə çıxır.

Əsas yığmaya göndərilən 5 milli futbolçuyla yanaşı, 4 oyunçu da U-21 üçün Estoniya ilə görüşə görə düşərgəni tərk etmişdi. Albaniya  - Moldova (0:0) görüşündə meydana çıxan Ansi Aqolli isə sabahdan məşqə çıxa biləcək. 9 yerli milli futbolçu isə bu axşam Suraxanı qəsəbə stadionunda 18:30-da baş tutacaq çalışmaya qoşulacaq. Zədə səbəbindən millinin oyununu buraxan Əfran İsmayılov fizioterapevt Murat Şahinoğlunun nəzarətində xüsusi proqramla çalışır.

Xatırladaq ki, "Sumqayıt" - "Qarabağ" oyunu avqutun 19-da Sumqayıtın mərkəzi arenasında saat 18:00-da keçiriləcək.

 

Daha çox


Son xəbərlər
16.09.25  16:55

"Roma" Dibalanı itirdi