Maradona: "Çində çalışmaq istəyirəm"

Maradona: "Çində çalışmaq istəyirəm"
XƏBƏR 16 Avqust 2012 / 13:32 1315
-  A +

Argentina futbolunun canlı əfsanəsi Dieqo Armando Maradona karyerasını Çində davam etdirə bilər.

Qol.Az-ın "La Gazetta dello Sport" istinadən verdiyi məlumata görə, 51 yaşlı mütəxəssis Çindən təklif aldığını təsdiqləyib.

Lakin komandanın adını açıqlamayan Maradona bu ölkədə çalışmaq istədiyini bildirib: "Çindən təklif almışam. Mənə maraqlı gəldi və orada çalışmaq istəyirəm. Çinli gənclərin futbol fəlsəfəsinə öz töhfəmi verəcəyimə inanıram".

Qeyd edək ki, Maradona son olaraq Birləşmiş Ərəb Əmirliklərinin "Əl Vasl" klubunu çalışdırıb. 

Daha çox


Son xəbərlər
16.09.25  16:55

"Roma" Dibalanı itirdi