"Qəbələ"nin altı futbolçusundan qələbə

XƏBƏR 16 Avqust 2012 / 12:47 1658
-  A +

“Qəbələ”nin altı futbolçusu dünən – avqustun 15-i keçirilən milli komandalar arasında keçirilən yoldaşlıq oyunlarında iştirak edib.

Qol.Az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, bu futbolçuların təmsil olunduğu dörd yığma keçirdiyi oyunları qələbə ilə yekunlaşdırıb. Belə ki, Aleksandr Çertoqanov, Vurğun Hüseynov və Anar Nəzirovun çağırıldığı Azərbaycan yığması Bəhreyni 3:0, Omar Kalabanenin şərəfini qoruduğu Qvineya millisi Mərakeşi 2:1, Deyan Kelharın dəvət aldığı Sloveniya yığması Rumıniyanı 4:3, Urfan Abbasovun çıxış etdiyi Azərbaycan U-21 komandası estoniyalı həmyaşıdlarını 2:0 hesabilə məğlub edib.

Futbolçulardan ən ağır məsuliyyət isə Omar Kalabanenin çiyninə düşüb. Kapitan kimi Qvineya millisinə liderlik edən müdafiəçi komandasının qələbəsində böyük pay sahibi olub.

Daha çox


Son xəbərlər
16.09.25  16:55

"Roma" Dibalanı itirdi