Estoniya U-21-nin baş məşqçisi: "Hesab daha böyük ola bilərdi"

Estoniya U-21-nin baş məşqçisi: "Hesab daha böyük ola bilərdi"
XƏBƏR 15 Avqust 2012 / 23:06 2017
-  A +

Estoniya U-21 milli komandasının baş məşqçisi Frank Bernhard bu gün Azərbaycan yığmasıyla yoxlama oyunundan (0:2) sonra mətbuat konfransı keçirib.

Qol.Az-ın məlumatına görə, estonların baş məşqçisi daha çox boşa verilmiş imkanlara üzülüb:

"Bizim hücumlarımız cərimə meydançasına qədər davam edirdi. İlk hissədə fərqlənmək imkanlarımız oldu, ancaq onlardan istifadə edə bilmədik. İkinci hissədə müdafiədə boşluqlar buraxıb hücuma atıldıq. Azərbaycan yığması da bundan istifadə edib iki qol vurdu. Hərçənd hesab daha böyük ola bilərdi".

Son xəbərlər